Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Bərdə rayon Heydər Əliyev Mərkəzində tədbir təşkil edilib

14 iyun 2023 | 17:31
Tədbiri giriş sözü ilə Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova açaraq ilk növbədə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Arifət Əhmədova Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən və bu sahədə Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs etdi.
Sonra söz QMƏVŞAİB-nin sədr müavini Elburus Rüstəmova verildi. O, geniş nitqi zamanı 1993-cü il iyunun 9-da Ulu öndər Heydər Əliyevin xalqın çağırışına səs verərək Bakıya qayıtmasından ölkəmizi bəlalardan, müsibətlərdən xilas etməsindən, bu təqvim gününün sözün həqiqi mənasında ölkəmizin taleyində dönüş anı olmasından və böyük qurtuluşa doğru mühüm addım atılmasından söz açdı.
Daha sonra söz Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayevə verildi. Xosrov müəllim nitqi zamanı qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən rəsmi bayram kimi qeyd edilir.
Daha sonra söz Bərdə rayon İcra Hakimiyyətinin İctimai –siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımova verildi. O, çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə qayıdışının, respublikamız üçün nə qədər önəmli hadisə olduğundan bəhs edərək vurğuladı ki, xalqımız heç bir zaman Heydər Əliyev fenomeninin ölkəmiz üçün etdiyi misilsiz xidmətləri unutmayacaqdır.
Tədbirdə 1-ci Qarabağ Müharibəsi veteranları Şamil Abdullayev, Elmir Şıxəliyev, Camal Canbaxışov, Yasin Mustafayev iştirak edirdilər. Onların hər biri çıxışı zamanı 1-ci Qarabağ müharibəsi zamanı olan döyüş təəssüratlarından bəhs edərək, müharibədən məğlub şəkildə ayrılmağın səbəbini ordunun nizami vəziyyətdə olmamasında, hakimiyyətin zəif olmasında olduğunu qeyd etdilər. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə ölkədə mövcud vəziyyətin müsbət yönə dəyişməsindən, ordu quruculuğu sahəsində olan misilsiz xidmətlərindən söz açdılar. Veteranlarımız qeyd etdilər ki, 44 günlük Vətən müharibəsindən qalib ayrılmağımız, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.
Keçidlər