Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr 2023-cü il tarixdə Bərdə rayon Qaratəpə kənd ibtidai məktəbinin açılış mərasimi keçirilmişdir

15 sentyabr 2023 | 17:59
Yeni tədris ilində istifadəyə verilən 20 şagird yerlik modul tipli Qaratəpə kənd ibtidai məktəbinin açılış mərasimində rayon Təhsil Sektorunun müdiri Qurban Məmmədov, rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Bağırov, təhsil işçiləri, məktəbin pedaqoji kollektivi, şagirdlər, kənd icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak etmişlər.
Çıxış edənlər 15 sentyabr - "Bilik Günü" və yeni məktəbin açılışı münasibətilə kollektivi təbrik edərək, xoş arzularını bildiriblər.
Tədbirin sonunda qonaqlar məktəb binasına baxış keçirib, sinif otaqlarında yaradılan şəraitlə tanış olublar.
Keçidlər