Doqquz ayının yekunları
Doqquz ay ərzində Heydər Əliyev prospekti Ağdam rayonu istiqamətində Əliyanlı kəndinədək və Yevlax şəhəri istiqamətində Cəyirli kəndinədək, Həzi Aslanov küçəsi Tərtər rayonu istiqamətində Zümürxan kəndinədək uzadılmış və yenidən qurulmuş, Zümürxan kəndinin girişində park salınmışdır.
Cəyirli kəndi istiqamətində 2 km, Əliyanlı kəndi istiqamətində 2 km piyada yolu tikilmiş və asfaltlaşdırılmış, gecə işıqlandırılması verilmiş, ətrafdakı obyektlər yenidən qurulmuş, yaşıllıq zolaqları salınmışdır.
Heydər Əliyev prospekti boyunca kəndlərə dönən yollarda abadlıq işləri görülmüş, Samux kəndinin baş yolunun girişi abadlaşdırılmış, ətrafda yaşıllıq zolaqları salınmış, yola gecə işıqlandırılması verilmişdir.
Bərdə-Tərtər avtomobil yolu 1,5 km məsafədə genişləndirilmiş, yolun kənarlarına 3000 p/metr bardyor düzülmüş, 8400 kv. metr istinad divarları tikilmiş, istinad divarlarına 600 kv. aqlay və 800 kv. metr qaya daşından üzlük çəkilmişdir.
Küçə və meydanların yenidən qurulması və asfaltlaşdırılması istiqamətində işlər davam etdirilmiş, Heydər Əliyev prospekti, Koroğlu, Bakı və Həzi Aslanov küçələri başdan-başa asfaltlaşdırılmışdır.
Qaradəmirçi-Alpoud, Bərdə-Mirzalıbəyli yolu yenidən qurulmuş, yola bardyor düzülmüş, piyada yolları tikilmiş, yolun kənarlarında yaşıllıq zolaqları salınmışdır.
Şəhərin Üzeyir Hacıbəyov küçəsi rekonsturuksiya edilərək nəqliyyatın hərəkətinin təhlükəsizliyi təmin edilmiş, küçəyə 1200 kv. metr asfalt-beton örtüyü çəkilmişdir.
Sahəsi 0,6 hektar olan Bayraq meydanın, sahəsi 0,5 hektar olan Nüşabə parkının, sahəsi 80 kv. metr olan səhəngbulağın tikintisi başa çatdırlmış, ətrafda yaşıllıq sahələri salınmış, abadlıq işləri aparılmışdır.
Nüşabə parkında dahi Azərbaycan şairi Nizaminin bədii qəhrəmanı Nüşabənin heykəli ucaldılmış, divarlara şairin “İsgəndərnamə” əsərindən tunc minatür rəsmlər quraşdırılmış, ərazidə çay evi inşa edilmiş, əraziyə qranit və tamet üzlük çəkilmiş, yaşıllıq zolaqları salınmış, qiymətli dekorativ ağaclar əkilmiş, yaşıllıqlara xidmət etmək üçün suvarma sistemləri çəkilmiş, müasir gecə işıqlandırması verilmiş, parka oturacaqlar və güldanlar qoyulmuş, ətraf ərazilər abadlaşdırılmışdır.
Sahəsi 2,5 hektar olan rayonun mərkəzi meydanının tikintisi başa çatdırılmış, meydanda 85 metr hündürlükdə Azərbaycan Bayrağı ucaldılmış, bayrağın ətrafı mərmərlə üzlənmiş, Azərbaycan gerbi quraşdırılmış və dövlət himni yazılmış, ulu öndər Heydər Əliyevin pannosu ucaldılmış, Manitor quraşdırılmış, meydanda yağış sularının axıdılması üçün tədbirlər görülmüş, əraziyə 400 p/m qranit və 130 p/m dəmir-beton bardyor, 500 kv. metr qranit və 12 min kv. metr tamet döşənmiş, 1200 kv. metr hasar hörülmüş, ərafdakı 1 ədəd 2 mərtəbəli kommunal və 3 ədəd fərdi yaşayış evləri əsaslı təmir edilmiş, anfiteatr və fantan kompleksi tikilmiş, 5 ədəd bulaq və 1 ədəd bulaq kompleksi tikilmiş, 2 ədəd muziqici heykəli ucaldılmış, meydanda oturacaqlar və müasir güldanlar qurulmuş, müasir memarlıq üslubunda 29 ədəd gecə işıqlandırılması verilmiş, 4 ədəd istirahət güşələri yaradılmış, yaşıllıq zolaqları salınmış, 1400 ədəd qiymətli dekorativ ağaclar və 8700 ədəd gül əkilmiş, yaşıllıqlara xidmət etmək üçün suvarma sistemi yaradılmış, əraziyə oturacaqlar və güldanlar qoyulmuş, ətraf ərazilər abadlaşdırılmışdır.
Qəhrəmanlar parkında yenidən qurma sahəsində işlər aparılmış, ərazidə ulu öndər Heydər Əliyevin pannosu ucaldılmış, ətrafdakı 5 mərtəbəli 4 ədəd kommunal binanın dam örtükəri yenidən qurulmuş, Tərtər çayının sağ sahilində 3 hektaradək ərazi abadlaşdırılmış, 2 ədəd istirahət güşəsi quraşdırılıb, parkda 10 mindən çox gül əkilib, parka oturacaqlar və güldanlar qoyulmuşdur.
Bunlarla bərabər Heydər Əliyev prospektində 37203 kv. sahə asfaltlaşdırılmışdır
Heydər Əliyev Mərkəzinin ətrafındakı ərazi yenidən qurulmuş, gecə işıqlandırılması verilmiş, yaşıllıq sahələri genişləndirilmişdir. Mərkəzi meydanda müasir memarlıq uslubunda ulu öndər Heydər Əliyevin pannosu ucaldılmış, Manitor quraşdırılmış, Rəsm qalereyası rekonstruksiya edilmiş və Bərdə bələdiyyəsinin inzibati binası yenidən qurulmuşdur.
Bunlarla yanaşı küçə və meydanların gecə işıqlandırılması üçün Heydər Əliyev prospekti boyunca Cəyirli kəndi ərazisində 60 ədəd, şəhərin daxilində 22 ədəd, A.Əhmədov küçəsində 9 ədəd, Heydər Əliyev prospektində, İsmət Qayıbov və Üzeyir Hacıbəyov küçələrində, Bərdə-Tərtər avtomobil yolu boyunca şəhərin çıxışında 116 ədəd gecə işıqlandırılması dirəkləri quraşdırılmış, 64 dirəyin yeri dəyişdirilmişdir.
Doqquz ay ərzində ulu öndər Heydər Əliyevin rayondakı pannolarındakı şəkillər yeniləri ilə əvəz edilmiş, dörd ədəd müasir panno ucaldılmışdır.
İlin ötən dövründə yeni salınmış yaşıllıq zolaqlarına su şəbəkəsi tikilmiş, yaşıllıq zolaqlarının bərpası üçün tədbirlər görülmüş, Heydər Əliyev prospektində 260 kv. metr, Bakı küçəsində 100 kv. metr, Həzi Aslanov küçəsində 230 kv. metr, Bərdə-Yevlax avtomobil yolunun kənarlarında 1000 kv.metr, Bərdə-Tərtər avtomobil yolunun kənarlarında 3000 kv. metr yaşıllıq zolaqları salınmışdır.
Doqquz ay ərzində ərzində 67 obyekt yenidən qurulmuş, 106 obyektə gecə işıqlandırlması verilmiş, 211 müasir reklam quraşdırılmış, küçə və meydanlara əlavə olaraq 167 zibil yeşikləri qoyulmuşdur.
Rayonda məişət tullantılarının daşınması üçün 5 ədəd müasir texnika alınmış, rayona 50 ədəd zibil qabları gətirilmişdir.
Şəhərin Heydər Əliyev prospektində 115 saylı 5 mərtəbəli, Ü.Hacıbəyov küçəsində 2, 3, 43, 47 saylı 5 mərtəbli kommunal binaların fasadı suvanmış və rənglənmiş, Heydər Əliyev Prospektində 1 və 79 saylı 2 mərtəbəli kommunal binaların dam örtüyü əsaslı, Heydər Əliyev prospektində 6, 11/1, 22, 116, 149 və 151 saylı 5 mərtəbəli, 93 saylı 2 mərtəbəli kommunal binaların dam örtükləri cari təmir edilmiş, Heydər Əliyev prospektində 5, 22 və 49 saylı kommunal binaların kanalizasiya sistemi yenisi ilə əvəz edilmiş, 5 küçədə baxış quyuları təmir edilmişdir.
Rayonda aparılan tikinti abadlıq işlərində 867 min ədəd mişar daşı, 1700 kv. metr qranit və 22500 kv. metr ağ lay üzlük, 820 ton sement, 4350 kub metr qum, 14500 p/metr armatur, 18,2 min kv. tamet, 750 p/metr qranit və 30.5 min p/metr dəmir-beton bardyor, 23,9 ton yağlı boya işlədilmiş, 37203 kv.metr küçələr asfaltlaşdırılmış, 51 min kv. metr hörgü və 20,5 min kv. suvaq işləri görülmüş, 22,5 min kub metr torpaq daşınmış, 207 ədəd yeni işıqlandırma dirəyi basdırılmış, evlərin damlarına 29,3 min kv.metr müasir dam örtüyü vurulmuşdur.
Rayon mərkəzində aparılan abadlıq işləri nəticəsində Bərdə şəhərinin gecəsi gündüzündən gözəl olmuşdur.
Rayonun kəndlərində də abadlıq işləri davam etdirilmişdir. İnzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin köməyi ilə 9 ay ərzində 3,7 km baş arxlar, 29,2 km təsərrüfatdaxili arxlar və 1,8 km drenlər lildən təmizlənmiş, 6,4 km kəndlərarası, 9,2 km kənddaxili yollar qum-çınqıl verilməklə cari təmir edilmiş, Çəmənli kəndində 1,5 km, Qaradəmirçi kəndində 1,8 km, Əyricə kəndində 2,0 km içməli su xətləri çəkilmiş, Lənbəran və Çələbilər kəndində 1 körpü təmir edilmiş, 3 su keçidi yenidən qurulmuş, Lənbəran kəndində baş yolun körpüsü yenidən qurulmuş, kəndlərimiz 1326 maşın məişət tullantılarından təmizlənmişdir.
Yerli icmaların maliyyə dəstəyi ilə Azərbaycan Kənd İnvestisiya layihəsi çərçivəsində Soğanverdilər, Əmirli, Yeni Əyricə, Əyricə, Qaradağlı, Məmmədli, Arabaçılar və Qazaxlar kəndində 55.8 km kənddaxili yollar qum-çınqılla əsaslı təmir edilmiş, Otuzikilər kəndində içməli su üçün 1 ədəd çən qoyulmuş, 3.5 km su xətti çəkilmiş, 10 ədəd bulaq tikilmişdir. Hazırda 7 kəndin daxili yollarının qum-çınqılla əsaslı təmiri üçün ardıcıl işlər aparılır.
2012-ci ilin ötən dövrü ərzində rayonda yaşıllaşdırma işləri davam etdirilmiş, rayonda 473296 ədəd ağac və gül, o cümlədən 290 ədəd palma, 1200 ədəd xan çinarı, 70 ədəd cökə, 520 ədəd limon-tuya, 100 ədəd safora, 1280 ədəd lelandra, 1200 iventus, 750 ədəd yeddi gözəl, 5007 ədəd sərv və giparis kimi qiymətli ağaclar əkilmişdir. Yeni salınmış bütün yaşıllıq sahələrinə suvarma sistemi çəkilmiş və yaşıllıq sahələrinə aqrotexniki qaydada xidmət göstərilir.
Ötən dövr ərzində 2011-ci ildə tikintisinə başlanmış Vergilər nazirliyinin terminalının, Pasport qeydiyat xidmətinin inzibati binasının, 360 şagird yerlik Soğanverdilər və Zümürxan kənd tam orta məktəblərinin, gündəlik gücü 30 ton olan çörək zavodunun, gendəlik gücü 15 ton olan suyuduculu ətkəsmə müəssisəsinin, Qaradırnaq kəndində həkim məntəqəsinin, Əmirli kəndində xalxalla birlikdə sahə baytarlıq məntəqəsinin, Təhlə kəndində 195 ailəlik qəsəbə tikilmiş, şəhər 6 saylı uşaq bağçasının əsaslı təmiri başa çatdırılmış, Maliyyə idarəsinin inzibati binasının, 1 saylı uşaq incəsənət məktəbinin, tutumu 2 min ton olan soyuducu ambarın tikintisi, rayonun Elektrik şəbəkəsinin və 528 min başlıq broyler fabrikinin yenidən qurulması işləri davam etdirilmiş, 220 şagird yerlik Mirzalıbəyli və 180 şagird yerlik Qurdlar kənd məktəblərinin, rayon Təhsil şöbəsinin inzibati binasının, Daxili qoşunların Bərdə korpusunun, Əmlak komitəsinin rayon şöbəsinin inzibati binalarının, Həsənqaya kəndi ərazisində məcburi köçkünlər üçün 866 ailəlik qəsəbənin tikintisinə, Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində sahilbərkitmə işlərinə başlanmışdır.
Doqquz ayda respublika əhəmiyyətli yollara xidmət göstərilmiş, Yevlax-Xocalı-Laçın avtomobil yolunun dağlımış 16885 kv. sahəsi asfalt-betonla, 4760 kv.metr çiyin hissələri çınqılla bərpa edilmiş, 76 km təhlükəsizlik xətləri çəkilmiş, 23500 kv. metr səkilər, yol ayrıcları və körpülər yağlı boya ilə rənglənmiş, yolda cari təmir işləri aparılmış, qış mövsümündə dondurmaya qarşı mübarizə üçün yollara 10 ton duz və 90 kub metr qum səpilmişdir.
Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 23480 kv. metr dağılmış hissəsi asfalt-betonla, 7240 kv.metr çiyin hissələri çınqılla bərpa edilmiş, 5000 kv. metr yol ayrıcları, siqnal dirəkləri, körpü məhəccərləri yağlı boya ilə rənglənmiş, yolda cari təmir işləri aparılmış, qış mövsümündə sürüşmənin qarşısını almaq üçün yola 100 kub metr qum səpilmişdir.
Bərdə-İstisu avtomobil yolunun 3220 kv. metr dağılmış hissəsi asfalt-betonla, 2820 kv.metr çiyin hissələri çınqılla bərpa edilmiş, 10129 kv. metr səkilər, yol ayrıcları, boru başlıqları yağlı boya ilə rənglənmiş, yolda cari təmir işləri aparılmışdır.
Magistral avtomobil yollarının kənarında 63,7 min ədəd ağac və gül, o cümlədən 8,3 min ədəd ağac əkilmişdir.
Doqquz ay ərzində Xəsili-Qazaxlar yolunun 0-3-cü km-də 1 km yol asfalt-betonla tikilib, Yevlax –Xocalı-Laçın yolunun 22-23-cü km-də 2 km, Bərdə-Nazırlı yolunun 1-3-cü km-də yolun hər iki tərəfi genişləndirilib, R-28(22)-Gərənə yolunun 0-1 km-də 0,5 km yola asfalt-beton örtük çəkilib, R-28(14)-Samux yolunun 0-1 km-də 0.5 km yola safalt-beton, Mingəçevir-st.Mingəçevir-Bəhramtəpə 58-60.63.64-cü km-də 1.7 yola üst örtük çəkilib.
Yerli əhəmiyyətli yollarda 19920 kv. metr asfalt-beton örtüklə, 5350 kv. metr çiyin hissələr çınqılla təmir edilmiş, 8830 kv. metr səkilər, yol ayrıcları, körpülər rənglənmiş, yollara xidmət göstərilmişdir.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində doqquz ayda 2084 yeni iş yerləri açılmışdır ki, bunun da 808-i daimi iş yerləridir.