Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə 5 oktyabr –Beynəlxalq Müəllimlər günü münasibəti ilə tədbir keçirildi

03 oktyabr 2014 | 15:00

Tədbirdən əvvəl rayonun bir qrup qabaqcıl müəllimi ümummilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini yad etmişlər.
       Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayonun ümumtəhsil və musiqi  məktəblərinin, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Peşə liseyinin direktorları, məktəb müəllimlərinin bir qrupu, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri və KİV təmsilçilər iştirak etmişlər.
        Tədbiri rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov açmışdır. Tədbirdə Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi, Respublikanın Əməkdar müəllimi Püstə Mehdiyeva, Bərdə Dövlət İdarəetmə və texnologiya kollecinin direktor əvəzi Xaləddin Ələkbərov,   N.Gəncəvi adına Bərdə şəhər 2 N-li  tam orta məktəbin müəllimi Ülviyyə Eminova, 2  N-li Nazırlı kənd  tam orta məktəbin fizika və ümumtexniki fənlər müəllimi Pünhan Nəbiyev çıxış etmiş, müəllim əməyinə verilən qiymətə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.   
   Rayon İcra Hakimiyyətinin başçısının müavini Fəqət Şadlinskaya çıxış edərək rayon müəllimlərini 5 oktyabr –Beynəlxalq Müəllimlər günü münasibəti ilə təbrik etmiş, əsası ulu öndər H.Əliyev tərəfindən qoyulan   milli təhsil konsepsiyasından, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan dövlət təhsil siyasətinin uğurlarından, H.Əliyev Fondunun Prezidenti M.Əliyeva tərəfindən təhsillə bağlı həyata keçirilən coxsaylı layihələr barədə, həmçinin müəllim əməyinə dövlət səviyyəsində verilən qiymətdən və rayon müəllimlərinin qazandığı uğurlardan danışmışdır. Bidirmişdir ki, rayonun builki məzunlarından 344 nəfəri ali məktəbə, 226 nəfəri orta ixtisas məktəblərinə qəbul olunmuş, onlardan 23 nəfəri 600 –dən yuxarı bal toplamış, 4 nəfəri Prezident təqaüdünə layiq görülmüşlər. Müəllim günü ərəfəsində ölkə Prezidentinin Sərəncamı ilə şəhər Ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi Püstə Mehdiyeva “Respublikanın Əməkdar Müəllimi” fəxri adına layiq görülmüş, şəhər 3 saylı tam orta məktəbin direktoru Səfurə Hümbətova “Tərəqqi” medalı ilə təltif olunmuşdur.  
     Sonda rayonun qabaqcıl müəllimlərindən bir qrupuna Fəxri-fərman və hədiyyələr təqdim edilmiş, məktəblilər kompozisiya və musiqi nömrələri ilə müəllimləri təbrik etmişlər.

Keçidlər