Müqəddəs Qurban Bayramı Bərdə rayonunda geniş qeyd olunmuşdur
04 oktyabr 2014-cü il tarixdə saat 10:30 –da Bərdə şəhəri Olimpiya Kompleksinin həyətində Müqəddəs Qurban bayramı münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə Bərdə rayon İcra Hakimyyətinin Başçısı, YAP rayon təşkilatı, hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilatların rəhbərləri, rayon ictimaiyyəti – ziyalılar, ağsaqqallar, imkansız ailələr iştirak etmişdir.
Tədbirdə çıxış edən rayon İcra Hakimyyətinin Başçısı V.İsayev əvvəlcə hər kəsi islam dünyasının müqəddəs bayramlarından biri olan Qurban bayramı münasitəti ilə təbrik etdi və bu bayramın dövlətimiz və xalqımız, bütün dünya üçün uğurlu və xeyirli olmasını arzuladı..
Daha sonra rayonda yaşayan şəhid və imkansız ailələrə, hərbi hissədəki əsgərlərə, qaçqın və məcburi köçkünlərə və digər ehtiyacı olanlara qurbanlıq paylar verilidi.
Tədbir iştirakçıları dövlətimizin milli mənəvi dəyərlərimizə sadiqliyinə, onlara göstərilən diqqət və qayğıya görə möhtərəm prezidentimiz cənab İlham Əliyevə minnətdarlıq ediblər.