2014-cü ilin doqquz ayında Bərdə rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn məsələlər Bərdə Rayon İcra Hakimiyyətinin hesabat yığıncağında ətraflı müzakirə olunmuşdur.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev 2014-cü ilin doqquz ayında rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə etmiş, məruzə ətrafında rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, rayon Prokuroru Rəhim Əliyev, Kətəlparaq kənd bələdiyyəsinin sədri Ədalət Allahyarov çıxış etmişlər.
Məruzədə bildirilmişdir ki, ötən doqquz ay ərzində rayonda 36 hektar ərazini əhatə edən Heydər Əliyev adına park-bulvarının tikintisi davam etdirilmiş, park-bulvarda giriş arkası, 6 fontan, 2 süni göl, çay evi, mini idman meydançası, yay kinoteatrı, inzibati bina, “Ana və uşaq” kafesi, 2000 kv. ərazidə uşaq əyləncə mərkəzi üçün meydança, tarixi körpünü seyr etmək üçün asma körpü, transformator binası, 10 ictimai oturacaq tikilmiş, 6 istirahət köşkü (besedka) quraşdırılmış, suvarma üçün subartezian quyusu vurulmuş, avtomaşınların dayanması üçün dayanacaq tikilmişdir. Park-bulvarda ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır. Bunlarla yanaşı park-bulvardan şəhərin ümumi görünüşünü yaxşılaşdırmaq üçün Tərtər çayının sağ sahilində süni təpə massivi yaradılmış, ərazi abadlaşdırılmışdır.
Cari ilin ötən dövründə rayonda Qarabağ müharibəsi
əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının, 220 şagird yerlik Nazırlı, 180 şagird yerlik Qazaxlar kənd tam orta məktəblərinin tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, rayon Təhsil şöbəsinin, 1 saylı Musiqi məktəbinin, Əmlak komitəsinin Reyestr xidmətinin rayon şöbəsinin, Ərazi Kənd Təsərrüfatı idarəsinin, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya laboratoriyasının inzibati binalarının, şəhər 7 saylı ümumi orta məktəbin, “Avromed” MMC bazasının tiknitisi başa çatdırılmış, “Bərdə” türbəsinin bərpası, Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, məcburi köçkünlər üçün 1700 ailəlik yeni yaşayış məhəlləsinin, “ASAN xidmət” Mərkəzinin, Mehdili kəndində müasir Yem zavodunun, tutumu 2000 ton olan soyuducu anbarın, Yol Polis xidmətinin müasir binasının tikintisi davam etdirilmiş, şəhər 2 və 5 saylı tam orta məktəblərin əsaslı təmirinə başlanmış, Peşə liseyinin 2 tədris korpusunun dam örtüyü müasir memarlıq üslubunda yenidən tikilmiş, Türkmən kənd tam orta məktəbin tikintisi, Mollaisalar-Bayramlı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun əsaslı təmiri üçün tədbirlər görülmüşdür. Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində yeni körpünün, rayonda beşulduzlu mehmanxananın, 5 ümumtəhsil məktəbinin, 1 musiqi məktəbinin və Tarixdiyarşünaslıq muzeyinin, qəzalı vəziyyətdə olan kommunal yaşayış binalarının sakinləri üçün yeni binanın, 5 körpələr evi-uşaq bağçasının tikintisi, 2 ümumtəhsil məktəbinin və 1 körpələr evi-uşaq bağçasının əsaslı təmiri üçün ardıcıl işlər aparılır.
Cari ilin ötən dövründə şəhərdə və kəndlərdə abadlıq işləri davam etdirilmiş, Bərdə-Tərtər avtomobil yolu asfaltlaşdırılmış, H.Əliyev prospektinə 26,3 min kv. metr asfalt-beton örtüyü qoyulmuşdur.
Doqquz ay ərzində 274,9 milyon manatlıq ümumi məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dörünə nisbətən 5,8 faiz çoxdur. Doqquz ayda 8,6 milyon manat dəyərində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmiş, 110,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 92 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, 4,4 milyon manat dəyərində nəqliyyat və anbar, 764 min manatlıq rabitə, 58,5 milyon manatlıq ticarət xidmətləri göstərilmiş, 9,2 milyon nəfər sərnişin və 1 milyon 87 min ton yük daşınmışdır.
2013-cü ilin müvafiq dövrünə nisbətən sənaye məhsulu istehsalı 7,4 faiz, kənd təsərrüfatı 9,5 faiz, tikinti-quraşdırma işləri 1,8 faiz, nəqliyyat və anbar xidməti 4,1 faiz, informasiya və rabitə xidmətləri 12,5 faiz, ticarət xidmətləri 6,5 faiz artmışdır.
İlin əvvəlinddən 260,3 milyon manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz çox geniş çeşidli istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir.
Pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 214,7 milyon manatlıq və ya keçən ilin müvafiq dövründən 6,1 faiz çox istehlak malları satılmışdır.
Keçən ilin müvafiq dövrünə nisbətən rayon əhalisinə pərakəndə ticarət şəbəkəsindən 6,1 faiz çox və ya 214,7 milyon manatlıq istehlak malları satılmış, əhaliyə göstərilən iaşə xidmətlərinin həcmi 18,8 faiz artaraq 6,9 milyon manat, pullu xidmətlər 2,5 fazi artaraq 45,6 milyon manat təşkil etmişdir.
Orta aylıq əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 240 manat təşkil etmişdir.
Rayon büdcəsinin yerli gəlirləri proqnozuna 2014-cü ilin doqquz ayı ərzində 100,0 faiz, xərcləri proqnozuna 91,3 faiz əməl edilmişdir.
Bütün zəruri xərclər icra edilmişdir.
Sahibkarlığın inkişafında iri fermer təsərrüfatlarının yaradılması, sənaye məhəlllələrinin təşkil edilməsi proritet istiqamət təşkil edir. Cari ildə Mehdili kəndində yeni yem istehsalı müəssisəsinin tikintisinə başlanmışdır.
Doqquz ay ərzində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 4,6 faiz artaraq 9 min nəfərə çatmışdır.
Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredit təşkilatları tərəfindən 2014-ci ilin doqquz ayı ərzində 378 layihə üzrə sahibkarlara 11,4 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin həyata keçirilməsi nəticəsində rayonda 479 yeni iş yerləri yaradılacaqdır. İlin üçüncü rübü ərzində 154 layihə üzrə sahibkarlara 4,9 milyon manat güzəştli kredit verilmiş, bu layihələrin icrası ilə əlaqədar rayonda daha 176 yeni iş yerləri yaradılacaqdır.
Həyata keçirilmiş tədbirlərin nəticəsində doqquz ay ərzində 2920 yeni iş yerləri açılmışdır ki, bunun da 1180-ni daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 2-si yeni yardılmış müəssisə və təşkilatlarda, 1178-i fiziki şəxslərdə, 1740-ı digər layihələrin həyata keçirilməsində yaradılmışdır.
Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsi davam etdirilmiş, doqquz ay ərzində Qarabağ kanalının maşın qolunun tikintisində 329,7 min manat, qurunt sularının səviyyəsinin aşağı salınması üçün 441,7 min manat dəyərində tikinti işləri görülmüş, Kətəlparaq, Hacallı və Xanərəb kəndinin hər birində 2 ədəd, Gərənə, Divanlı, Əmirli, Xanxanımlı, Dəymədağıldı, Qurdlar, Soğanverdilər, Yeni Daşkənd, Körpüsındıran, Samuxlu, Bəcirəvan, Kərimbəyli və Ərəblər kəndlərinin hər birində 1 ədəd, cəmi 19 subartezian quyusu vurulmuşdur. Suvarma kanalları 840 min kub metr, açıq dren kanalları 372,5 min kub metr lildən təmizlənmiş, 124,2 min kub metr torpaq işi görülmüş, 2,4 km beton kanallar, 3 ədəd dizel mühərriki, 6 ədəd nasos stansiyası, 8 ədəd elektrik mühərriki, 447 ədəd subartezian quyusunun dərinlik nasosu, 1 ədəd transformatoru əsaslı təmir edilmiş, 34 ədəd subartezian quyusunun kommunikasiya xətləri çəkilmiş və sayğac quraşdırılmış, Tərtər çayının yatağında 57 min kub metr tənzimləmə işləri aparılmışdır.
Cari ilin ötən dövründə əhalinin və iqtisadiyyatın elektrik enerjisi, təbii qaz və içməli su ilə fasiləsiz təmini istiqamətində işlər davam etdirilmişdir.
Doqquz ay ərzində rayonun gələcək 40-50 ilinə xidmət edəcək 110/35/10 kv-luq Bərdə yarımstansiyasında qapalı paylayıcı qurğu tikilmiş, hazırda qurğunun 10 kv-luq kabellərinin çəkilişi və bərpası davam etdirilir.
1390 abonentə təbii qaz verilmiş, qaz itkilərinin qarşısını almaq üçün 2,8 km müxtəlif diametrli qaz xətləri çəkilmiş, 335 ədəd istismar müddətini bitirmiş qaz sayğacları yenisi ilə əvəz edilmiş, istehlak edilmiş təbii qazın dəyərinin 97,4 faiz, o cümlədən güzəştsiz əhali üzrə 101,3 faiz, güzəştli əhali üzrə 95,8 faiz, idarə, müəssisə və təşkilatlar üzrə 79,1 faiz ödənilmişdir. Şəbəkədə itkilər cəmi 16,2 faiz olmuşdur.
Doqquz ay ərzində Bəcirəvan kəndində içməli su üçün 1 ədəd subartezian quyusu vurulmuş, içməli suyun sərfiyyatının müəyyənləşdirilməsi üçün 88 ədəd yeni su sayğacı quraşdırılmış, 17 quyunun dərinlik nasosu yenisi ilə əvəz olunmuş, 83 quyunun dərinlik nasosları və 3 quyunun transformatoru əsaslı təmir edilmiş, 12 quyunun elektrik sərfiyyatı üçün elektron sayğac quraşdırılmış, 494 su qəzası aradan qaldırılmış, istehlak edilmiş içməli suyun dəyərinin 99,0 faizi ödənilmişdir.
Doqquz ay ərzində Həsənqaya kəndi ərazisində məcburi köçkünlər üçün yeni tikilmiş yaşayış məhəllədə 240 nömrə, Cəyirli, Güloğlular, Şorəlli və Divanlı kəndlərinin sakinlərinə xidmət üçün Cəyirli kəndində 480 nömrə tutumu olan yeni elektron ATS-lər quraşdırılmış, Bərdə-Tərtər avtomobil yolunın kənarında 3,9 km və Bərdə-Yevlax avtomobil yolunın kənarında 2,4 km hava rabitə xətləri yenidən çəkilərək texniki normaya gətirilmiş, 272 nömrə tutumlu Qaradırnaq kənd ATS-i istiqamətində 4,4 km optik kabel çəkilmiş, Zümürxan kəndində rabitə şəbəkəsi genişləndirərək 30 abonentə telefon çəkilmiş, 524 ümumi nömrə tutumu olan Lənbəran, Xanərəb və Muğanlı kənd ATS-ləri üzrə radio-rele RADMİN-2000 avadanlıqları quraşdırılmışdır. Ayrı-ayrı yerlərdə 19,7 km istismarara yararsız P-274 naqili yenisi ilə əvəz edilmişdir. Elektron Avtomat Telefon Stansiyalarında 624 port tutumlu DSLAM avadanlıqları quraşdırılmış, 1370 abunəçi sürətli internetə qoşulmuşdur.
Doqquz ayda rayon İcra Hakimiyyəti başçısı aparatına 1418 ədəd və ya 2013-cü ilin müvafiq dövrünə nisbətən 19,7 faiz az vətəndaş müraciətləri daxil olmuşdur. Direktiv orqanlardan daxil olan ərizələr 11,6 faiz, o cümlədən Prezident Admistrasiyasından daxil olanlar 14,9 faiz, Milli Məclisdən daxil olanlar 38,2 faiz, Mərkəzi orqanlardan daxil olanlar 4,5 faiz azalmışdır. Bilavasitə vətəndaşlar tərəfindən rayon İcra Hakimiyyətinə daxil olan vətəndaş müraciətləri 26,5 faiz azalmışdır. Bunlarla birlikdə təkrar müraciətlər 23,6 faiz, kollektiv müraciətlər isə 34,1 faiz azalmışdır.
Daxil olan vətəndaş müraciətlərin 264 ədədi nəzarətə götürülərək baxılmışdır. Doqquz ayda rayon İcra Hakimiyyəti başçısı aparatında 4217 nəfər qəbul edilmişdir. Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 35 qəbul-görüşü keçirilmiş, bu qəbul görüşlərdə 10 min nəfərdən çox sakin iştirak edilmiş, 325 nəfərin müraciəti dinlənilmişdir. Yerlərdə keçirilən görüş qəbullarda rayonun rəhbərlərinin və xidmət təşkilatlarının rəhbərlərinin, ərazidə yaşayan sakinlərin bütün zümrələrinin iştirakının təmini üçün tədbirlər görülmüş, iştirakçıların tam dinlənilməsi üçün şərait yaradılmışdır. Yerlərdə keçirilən səyyar qəbul-görüşdə edilmiş müraciətlərin çox böyük əksəriyyəti yerindəcə həll olunmuşdur.
Yığıncaq müzakirə edilən məsələ ilə əlaqədar müvafiq qərar qəbul etmişdir.