Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə “Dövlət Bayrağı” gününə həsr olunmuş yürüş keçirilmişdir.

07 noyabr 2014 | 16:00

7 noyabr 2014 – cü il tarixdə Bərdə rayon  Gənclər və İdman  idarəsinin , Təhsil şöbəsinin, YAP rayon təşkilatının,  Bərdə Dövlət İdarəetmə və Texnalogiya kollecinin tələbə-gənclər təşkilatının və Peşə liseyinin birgə təşkilatçılığı ilə “ 9 noyabr – Dövlət Bayrağı” gününə həsr olunmuş yeniyetmə və gənclərin yürüşü keçirilmişdir.
500 nəfərə yaxın yeniyetmə və gənclər əllərində Dövlət Bayrağı şəhərin girəcəyində yerləşən  Dövlət Bayrağı meydanından şəhərin mərkəzi meydanına yürüyüş etmişlər. Yol boyu əhaliyə 300 ədəd kiçik bayraqlar paylanmışdır.
Yürüşdən sonra Gənclər Heydər Əliyev mərkəzində Ulu Öndərin həyat və yaradıcılığı ilə bağlı foto şəkillərlə tanış olmuşlar və tədbir bayram tədbiri keçirilmişdir. Tədbirdə Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov, baş məsləhətçi Aydın Qasımov, Bərdə Dövlət İdarəetmə və Texnalogiya kollecinin müəllimi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev, kollecin tələbə gənclər təşkilatının sədri Sənan Təhməzzadə çıxış etmişlər.
Tədbirin sonunda kollecin tələbələrinin və şəhər 4 saylı orta məktəbin şagirdlərinin birgə hazırladıqları musiqili kompazisiya iştirakçılara təqdim olunmuşdur.
Dövlət Gənlər Siyasətinin  həyata keçirilməsində fəal iştirak etmiş bir qrup gəncə Gənclər və İdman idarəsinin diplomları təqdim olunmuşdur.

Keçidlər