16 dekabr 2025-ci il tarixində Bərdə şəhərində əmək yarmarkası təşkil edilmişdir
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin və işəgötürənlərin nümayəndələri iştirak etmişdir.
Yarmarka çərçivəsində 11 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə vakansiyalar üzrə tələblər barədə məlumat verilmiş, ümumilikdə 75 boş iş yeri təqdim olunmuşdur. Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq Filialı tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil edilmiş, Əmək və Məşğulluq Alt Sistemində işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 167 vətəndaş arasından uyğun namizədlər müəyyən edilərək tədbirə cəlb olunmuşdur.
Tədbirə cəlb olunan şəxslər arasında həmçinin müharibə iştirakçıları və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər də olmuşdur. Vakansiyalara müraciət edən şəxslərin CV-ləri işəgötürənlər tərəfindən qəbul edilərək baxılmış, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşdur.






