Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 22 illik yubileyi

21 noyabr 2014 | 16:00
 

21 noyabr 2014-cü il tarixdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 22 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə rayon təşkilatının Şura üzvləri, ərazi ilk partiya təşkilatı sədrləri, partiya fəalları və KİV nümayəndələri iştirak etmişlər.
Tədbirdən əvvəl YAP rayon fəalları ulu öndər Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoymuşlar. Tədbirdə Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının sədri Fəqət xanım Şadlinskaya mövzu ilə bağlı məruzə etmişdir. YAP fəalı Sevinc Şirinova, YAP-ın yaradıcılarından Xanlar İsmayılov, YAP Gərənə ərazi ilk partiya Təşkilat sədri Sarıtel Ələsgərova, Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov çıxış etmişlər.
Tədbirdə YAP üzvülüyünə yeni qəbul olan bir qrup gəncə YAP üzvülük vəsiqəsi təqdim edilmişdir.
Tədbirin sonunda tədbir iştirakçıları şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin Yeni Azərbaycan Partiyasının yaradılmasının 22 illiyi ilə əlaqədar hazırlamış olduqları kompozisiyaya tamaşa etmişlər

Keçidlər