YAP fəalları ilə görüş
03 dekabr 2014 – cü il tarixdə YAP Bərdə rayon təşkilatinin fəallari ilə görüş keçirildi.
Görüşdə Millət vəkilləri Bəxtiyar Sadıqov, Tahir Rzayev, Elman Məmmədov, YAP Mərkəzi Aparatının məsul işcisi Araz Xudadanov, YAP rayon təşkilatının rəhbərliyi, rayon təşkilatının Şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, partiya fəalları və KİV nümayəndələri iştirak etdilər.
Yığıncağı YAP Bərdə rayon təşkilatının sədri Fəqət xanım Şadlinskaya açaraq Yeni Azərbaycan Partiyasının ölkənin içtimai – siyasi həyatındakı fəaliyyətindən, möhtərəm Prezidentimiz, Partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi altında ulu öndər Heydər Əliyevin nurlu ideyalarının həyata keçirilməsindən, seçkiyə hazırlıqla bağlı rayon təşkilatının gördüyü işlərdən danışdı.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət xanım Şadlinskaya bugünki tədbirin təbliğat məqsədli olduğunu bildirdi.
Görüşdə Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi n Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü, Milət vəkili Bəxtiyar Sadıqov, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi n Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Elman Məmmədov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, Millət vəkili Tahir Rzayev 23 dekabr 2014-cü il tarixdə keçiriləcək bələdiyyə seçkilərinin mahiyyətindən, 2009-2014-cü illər ərzində bələdiyyələrin öz üzərinə düşən vəzifələrin yerinə yetirilməsindən, bölgələrin abadlaşdırılmasından, müasirləşməsindən, əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşmasından, əhəmiyyətli nailiyyətlər əldə etmələrindən danışdılar.
Bildirdilər ki, bələdiyyə üzvləri arasında çoxluğa sahib olan Yeni Azərbaycan Partiyasının uğurları ilə fəxr edirlər.
Yekunda YAP Bərdə rayon təşkilatının sədri F.N.Şadlinskaya bildirdi ki, Yeni Azərbaycan Partiyası Bələdiyyə seçkilərinə inamla və aydın proqramla gedir. Seçicilərin partiyaya olan inamı və dəstəyi bu proqramın həyata keçirilməsinə və deməli, əhaliyə daha keyfiyyətli bələdiyyə xidməti göstərilməsi üçün ən layiqlilərin yerli özünüidarəetmə orqanlarına seçilməsinə həmişəki kimi ən etibarlı təminat olacaqdır.