Dekabrın 19-da Bərdə rayonunda ordu hissələrinin və Bərdə rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Gənclər gələcəyimizdir” hərbi vətənpərvərlik mövzusunda təntəli tədbirin keçirilməsinə start verilib.
2 gün davam edəcək tədbirin birinci günündə hərbi xidmətdə fərqlənən əsgər heyəti və Bərdə, Ağdam, Tərtər, Goranboy rayonlarının “Gənc Şahinlər” komandalarının üzvləri ilə görüş təşkil edilib. Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev nümunəvi xidmətləri ilə fərqlənən hərbi qulluqçuları və Bərdə, Ağdam, Tərtər, Goranboy rayon “Gənc Şahinlər” kokmandalarının üzvləri ilə görüş keçirib və tədbirin açılışını elan etdikdən sonra onlara uğurlar arzulayıb.
Tədbir iştirakçıları xalqımızın ümumilli lideri Heydər Əliyevin abidəsi önünə əkil qoyulduqdan sonra, Heydər Əliyev mərkəzini ziyarət ediblər. Nümunəvi xidmətləri ilə fərqlənən hərbi qulluqçular akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb – liseyin, Bərdə dövlət idarəetmə və texnalogiya kollecinin şagirdləri ilə keçirdikləri maraqlı görüşlər gənclərdə yüksək hərbi vətənpərvərlik əhval-ruhiyyəsi yaratdı.
Sonra təlim meydanında “Gənc Şahinlər” komandalarının üzvləri ilə atış üzrə yarış keçirilib. Atışda fərqlənən “Gənc Şahinlər” in 17 nəfər birincilik qazanan üzvləri fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırıldı. Daha sonra komanda üzvlərinin hərbi texnika, silah və sursatla tanışlığı, onlar üçün əsgər naharı təşkil edildi.
Bu gün Bərdə rayon Mədəniyyət evində tədbirin rəsmi hissəsinin keçirilməsi planlaşdırılıb.