Bərdədə ordu ilə xalqın monolit birliyini nümayiş etdirən “Gənclər gələcəyimizdir” hərbi vətənpərvərlik tədbiri keçirilib.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin 24 dekabr ad gününə həsr olunmuş “Gənclər gələcəyimizdir” mövzusunda keçirilən tədbir bu gün Bərdə rayon mədəniyyət evində davam etdirildi. Bildiyimiz kimi, tədbir Azərbaycan Respublikasının Müdafiə nazirliyinin və Bərdə rayon İcra Hakimiyyətin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin ordu birləşmələrinin zabit, gizir, əsgər, çavuş heyətinin nümayəndələri, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, aparatın məsul işçiləri , YAP rəhbərliyinin, Bərdə rayon Hüquq Mühafizə orqanlarının, KİV və ictimayyət nümayəndələri, məktəblilər iştirak etdilər. Tədbiri giriş sözü ilə Müdafiə Nazirliyi ordu birləşməsinin zabiti Həbib Məmmədov açaraq , ulu öndərimiz Heydər Əliyevin və torpaqlarımızın azdalığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra H.Məmmədov sözü Bərdə rayon İcra Hakimiyyətinin başçısı V.İsayevə verdi. V.İsayev çıxışını tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edərək qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Bu gün cənab Prezident İlham Əliyevin məhz uğurlu siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern bir ordusunun olması ilə də diqqəti cəlb edir. Biz inanırıq ki, möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə mənfur ermənilərin işğalı altında qalmış torpaqlarımız geri alınacaq, qələbəmizi Şuşada qeyd edəcəyik.
Tədbir hərbi qulluqçular, Bərdə Gənclər və İdman idarəsi və Təhsil şöbəsinin nümayəndələri, məktəblilər, Qarabağ müharibəsi veteranlarının çıxışları ilə davam etdirilib.
Daha sonra tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı V.İsayev və ordu birləşməsinin məsul nümayəndələri tərəfindən təhsildə seçilən məktəblilərə və döyüş tapşırığının yerinə yertirilməsində xüsusi ilə fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edildi.
Sonda tədbir konsert proqramı ilə yekunlaşdı.