Şriftin ölçüsü :

Saytın rəngi :

Körpüsındıran və Şirvanlı kəndlərinə təbii qaz verilişinin açılışı

24 dekabr 2014 | 16:00

24 dekabr 2014-cü il tarixdə Körpüsındıran və Şirvanlı kəndlərinə təbii qaz verilişinin açılışı olmuşdur.
Tədbirlərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Millət vəkili Zahid Oruc, rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər.
Çıxış edənlər sakinləri 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Bildirilib ki, ümumilikdə 626 abonenti olan Körpüsındıran və Şirvanlı kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 28 min 302 metr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 47 ədəd siyirtmə, 626 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Sakinlər bayram ərəfəsində kəndlərin “mavi yanacaq”la təmin olunmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.

Keçidlər