Şriftin ölçüsü :

Saytın rəngi :

17 aprel-04 may 2023-cü il tarixlərdə Bərdə Rayon Gənclər və İdman İdarəsinin, Bərdə Ağsaqqallar Şurasının və Peşə Liseyinin birgə təşkilatçılığı ilə Liseyin mini-futbol meydançasında rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların komandaları arasında “Heydər Əliyev İli”nə həsr olunmuş mini-futbol idman növü üzrə xatirə turniri keçirilmişdir.

08 may 2023 | 14:45
Turnirə 16 komanda qoşulmuşdur.
Turnir püşkatma yolu ilə olimpiya sisteminə uyğun olaraq keçirilmişdir. Gərgin mübarizə şəraitində keçən turnirdə Qarabağ Regional Təhsil İdarəsinin Bərdə təhsil sektorunun komandası final oyununda Phonaks Bərdə komandasını 3-0 hesabı ilə məğlub edərək​ kuboka sahib olmuşlar.
Mükafata layiq yer tutmuş komandalar və turnirin hakimləri Bərdə Rayon Gənclər və İdman İdarəsi və Bərdə Rayon Ağsaqqallar Şurasının müvafiq Diplomları və Təşəkkürnamə ilə təltif olunmuşlar.
Turnirin keçirilməsində Bərdə Rayon Xəstəxanası PHŞ həkimlərinin dəstəyilə zədələnmiş oyunçulara tibbi xidmətlər göstərilmiş, Bərdə Rayon Polis Şöbəsinin dəstəyilə ictimai asayiş təmin olunmuşdur.
Keçidlər