Şriftin ölçüsü :

Saytın rəngi :

17​ ​ fevral​ ​ 2023-cü​ il tarixdə Bərdə Peşə Liseyində,​ Bərdə Rayon Gənclər və İdman İdarəsinin və Bərdə​ Peşə Liseyinin​ birgə təşkilatçılığı ilə​ “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Dövlət Gənclər Siyasəti” ​ mövzusunda tədbir​ keçirilmişdir.

21 fevral 2023 | 13:53
Tədbiri giriş sözü ilə ​ Bərdə​ Peşə Liseyinin direktor müavini ​ Rafiq Alıyev ​ açdı və gündəlik mövzu ilə bağlı məlumat verdi.
​Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Ulu öndərin və torpaqlarımızın azadlığı uğrunda canından keçən ​ şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.​
Bərdə rayon​ ​ Gənclər və İdman İdarəsinin rəis​ müavini Aydın Qasımov çıxış edərək ​ ​ ümummilli lider Heydər Əliyevin​ ​ zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasətinin də ​ ​ xüsusi yer almasından ,​ Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin böyük xidmətlərindən​ danışmışdır.Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.
​Bərdə Peşə liseyinin​ ​ müəllimi ​Şəhanə Şirinova çıxış edərək qeyd etdi ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır.​ Ulu öndər respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük elmi, intellektual, kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur.​
​Sonda ​ “Gənclərin sözü”​ adlı sənədli film nümayiş etdirilmişdir.
Keçidlər