Şriftin ölçüsü :

Saytın rəngi :

17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib

17 iyun 2025 | 17:32
Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov və xəstəxana personalı tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hörmət və ehtiramla anılıb, abidəsi önünə gül dəstələri düzülüb.
Daha sonra tibb müəssisəsində rəsmi tədbir keçirilib, tədbirin açılışı zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı Vüsal Məmmədov çıxış edərək bildirib ki, hər il iyunun 17-i xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. Şərqdə ilk demokratik respublika olan Milli hökumətin ilk qərarlarından biri 1918-ci il iyun ayının 17-də Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar olub. İlk səhiyyə və sosial təminat naziri vəzifəsinə ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyli təyin edilib. Onun rəhbərliyi müddətində dövlət hesabına pulsuz xəstəxanalar açılıb, yeni tibb ocaqlarının və laboratoriyaların tikintisinə başlanılıb və yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri görülüb. Azərbaycan səhiyyəsinin ötən əsrin 70-ci illərindən sonrakı inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, əksər iri tibb müəssisələri məhz Ümummilli Liderin hakimiyyəti dövrlərində inşa edilib. Yalnız paytaxtda deyil, regionlarda da çoxprofilli xəstəxanalar əhalinin istifadəsinə verilib. Müdrik siyasətçinin ölkəmizə rəhbərlik etdiyi illərdə bir çox mütəxəssislər tibb biliklərinin təkmilləşdirilməsi üçün xaricə göndərilir, öz peşə və bacarıqlarını inkişaf etdirib vətənə qayıdıblar.
Tədbirdə bir neçə personal ötən 1 il ərzində göstərdikləri fəaliyyətə görə müxtəlif naminasiyada fəxri fərman və sertifikatla təltif olunub.
Daha sonra Bərdə rayon Şəhidlər xiyabanı ziyarət edilib və şəhidlərin məzarları önünə gül dəstələri düzülüb.
Tədbirin davamı olaraq tibb müəssisəsinin rəhbərliyi Bərdə rayon İcra hakimiyyətinin rəhbərliyi tərəfindən təltif edilib.
Keçidlər