Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin Bərdə rayonuna səfəri

07 oktyabr 2012 | 15:00

7 oktyabr 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bərdə rayonuna gəlmişdir:

1. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bərdə şəhərinin mərkəzində ucaldılmış ulu öndər Heydər Əliyevin heykəlinin önünə tər gül-çiçək dəstələri qoymuşdur.

2. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bərdə şəhərində yeni tikilmiş sahəsi 4,5 hektar olan Qəhrəmanlar parkını açmış, parkla tanış olmuş, parkda ucaldılmış Ana heykəlinin önünə tər gül-çiçək dəstələri qoymuşdur.

Parkda Ana heykəli və ulu öndərin pannosu ucaldılmış, Azərbaycanın simvolu olan məşəl kompleksi, fontan, çay evi, gözətçi evi inşa edilmiş, uşaq istirahət guşəsi tikilmiş, ərazi qranit və tametlə, divarlar aqlay və dağ daşı ilə üzlənmiş, müasir işıqlandırma verilmiş, 20 min kv. metr yaşıllıq zolaqları salınmış, parkda 2500-dən çox qiymətli dekorativ ağaclar, 11 mindən çox gül əkilmiş, parka oturacaqlar və güldanlar qoyulmuş, yaşıllıqlara xidmət etmək üçün suvarma sistemi yaradılmış, ətrafdakı kommunal binaların dam örtükləri və fasadları əsaslı təmir edilmiş, ətraf ərazilər abadlaşdırılmışdır.

3. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bərdə şəhərində yeni tikilmiş sahəsi 2,5 hektar olan Mərkəzi istirahət parkı ilə tanış olmuşdur.

Meydanda 85 metr hündürlükdə Azərbaycan Bayrağı ucaldılmış, bayrağın ətrafı mərmərlə üzlənmiş, Azərbaycan gerbi quraşdırılmış və dövlət himni yazılmış, ulu öndər Heydər Əliyevin pannosu ucaldılmış, Manitor quraşdırılmış, meydanda yağış sularının axıdılması üçün tədbirlər görülmüş, ərazi qranit və tametlə üzlənmiş, əraziyə qranit və dəmir-beton bardyor düzülmüş, anfiteatr və fantan kompleksi tikilmiş, 5 ədəd bulaq və 1 ədəd bulaq kompleksi tikilmiş, 2 ədəd musiqiçi heykəli ucaldılmış, meydanda oturacaqlar və müasir güldanlar qoyulmuş, müasir memarlıq üslubunda 29 ədəd gecə işıqlandırılması verilmiş, 4 ədəd istirahət güşələri yaradılmış, yaşıllıq zolaqları salınmış, 1400-dən çox qiymətli dekorativ ağaclar və 8700-dən çox gül əkilmiş, yaşıllıqlara xidmət etmək üçün suvarma sistemi yaradılmış, əraziyə oturacaqlar və güldanlar qoyulmuş, ərafdakı 1 ədəd 2 mərtəbəli kommunal və 3 ədəd fərdi yaşayış evləri əsaslı təmir edilmiş, ətraf ərazilər abadlaşdırılmışdır.

4. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 24 min nəfərdən çox əhalinin yaşadığı 14 kəndi birləşdirən 22 km uzunluqda yeni tikilmiş avtomobil yolunun sxemi, yolun əvvəlki və hazırkı vəziyyətini əks etdirən foto şəkillərlə tanış olmuşdur.

Yolun başlanğıcında istirahət parkı tikilmiş, yol boyu bütün mühəndis kommunikasiya xətləri, ətrafdakı evlər və obyektlər müasir memarlıq üslubunda yenidən qurulmuş, ətraf ərazilər abadlaşdırılmış, yolda gecə işıqlandırması olan avtomobil dayanacaqları və yol işarələri quraşdırılmış, yolun kənarlarında yaşıllıq zolaqları salınmış, ağaclar əkilmişdir.

5. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bərdə şəhərində 14 hektar sahədə yeni tikiləcək Heydər Əliyev parkının sxemi və layihəsi ilə tanış olmuşdur.

Parkda ulu öndər Heydər Əliyevin möhtəşəm heykəlinin ucaldılması, fontan kompleksinin, piyada yollarının, çay evlərinin və uşaq oyun mərkəzlərinin tikilməsi, istirahət güşələrinin yaradılması, ərazinin qranit və tametlə üzlənməsi, yaşıllıq zolaqlarının salınması, ağacların əkilməsi, yaşıllıq zolaqlarına xidmət etmək üçün suvarma sisteminin yaradılması nəzərdə tutulmuşdur.

6. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bərdə şəhərində 0,5 hektar ərazidə yeni tikilmiş Nüşabə parkında rayon sakinlərinin nümayəndələri ilə görüşüb söhbət etmiş, sonda xatirə foto-şəkili çəkdirmişdir.

Parkda dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaratdığı qəhrəman Nüşabənin heykəli ucaldılmış, parkın divarları dahi Nizami Gəncəvinin “İsgəndərnamə” poeması əsasında hazırlanmış tunc baralyeflərlə bəzədilmiş, əraziyə qranit və tamet üzlük çəkilmiş, parkda çay evi inşa edilmiş, parkın yaxınlığında sahəsi 80 kv. metr olan səhəngbulağın tikilmiş, yaşıllıq zolaqları salınmış, qiymətli dekorativ ağaclar əkilmiş, yaşıllıqlara xidmət etmək üçün suvarma sistemləri çəkilmiş, müasir gecə işıqlandırması verilmiş, parka oturacaqlar və güldanlar qoyulmuş, ətraf ərazilər abadlaşdırılmışdır.

7. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bərdə şəhərində 0,6 hektar ərazidə yeni tikilmiş Bayraq meydanı ilə tanış olmuşdur.

Bayraq meydanında hündürlüyü 70 metr olan Azərbaycan Bayrağı ucaldılmış, milli tarixi memarlıq üslubunda möhtəşəm giriş qapısı tikilmiş, fontan inşa edilmiş, meydan qranit və tametlə üzlənmiş, ərazidə yaşıllıq zolaqları salınmış, qimətli dekorativ ağaclar və güllər əkilmiş, yaşıllıqlara xidmət etmək üçün suvarma sistemi tikilmiş, müasir gecə işıqlandırılması verilmiş, ətraf ərazilər abadlaşdırılmış, meydana oturacaqlar və güldanlar qoyulmuşdur.

8. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına Bərdə şəhərində yeni tikilmiş gündəlik gücü 15 ton olan çörək zavodunu işə salmış, zavodla və zavodda istehsal edilən çörək-bulka məmulatları ilə tanış olmuşdur.

Keçidlər