Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə əlaqədar tədbir.

20 yanvar 2015 | 16:00

20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar rayonda  tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı cənab V.İ.İsayev, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimayətin və rayonda dislokasiya olunmuş hərbi hissələrin nümayəndələri matəm musiqisi sədaları altında “Qəhrəmanlar parkı”nda əbədi məşəl önünə tər gül-çiçək qoyaraq 20 Yanvar şəhidlərinə olan ehtiramlarını bildirmişlər. Rayon İcra Hakimiyyəti başçısı aparatında davam etdirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev iştirakçılar qarşısında çıxış etdi.  Tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr edilmiş “Qanlı Yanvar” filminə tamaşa etmişlər.
20 Yanvar faciəsi ilə əlaqədar saat 12 00-da  rayon əraziisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla  yad edilmiş, ardınca isə qatarlar və avtomobillər vasitəsilə səs siqnalları verilmişdir.

Keçidlər