Bərdədə İctimai Şuraların yaradılması ilə bağlı seminar keçirilmişdir.
21 yanvar 2015 | 16:00
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatılarına Dövlət Dəstəyi Şurası Bərdədə rayon İcra Hakimiyyəti başçıları yanında ictimai şuraların yaradılması ilə bağlı seminar keçirmişdir.
Seminarı Bərdə rayon İcra Hakimiyyəti Başçısının humanitar məsələlər üzrə müavini Fəqət Şadlinskaya açmışdır.
QHT-lərə Dövlət Dəstəyi Şurasının referenti Qalib Nəbiyev seminarın məqsədini açıqlamışdır.
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun sədri
Əliməmməd Nuriyev mövzu ilə bağlı çıxış etmiş, seminar iştirakçılarının suallarına ətraflı cavab vermişdir.
Seminar diskussiya şəraitində keçmişdir.