Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaz tarla işlərinə hazırlıq və məhsuldarlığın yüksəldilməsi üçün qarşıda duran vəzifələr” mövzusunda Bərdədə regional müşavirəsi keçirilmişdir.

20 fevral 2015 | 16:00
 

20.02.2015-ci il tarixdə “Yaz tarla işlərinə hazırlıq və məhsuldarlığın yüksəldilməsi üçün qarşıda duran vəzifələr” mövzusunda Bərdə, Ağcabədi, Ağdam, Tərtər, İmişli, Fizuli, Beyləqan, Ucar, Ağdaş, Kürdəmir, Zərdab rayonlarının və Yevlax şəhərinin kənd təsərrüfatı müəssisələrinin işçilərinin iştirakı  ilə regional müşavirəsi keçirilmişdir.
Tədbirdə Bərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov, Bitki Sortlarının Qeydiyatı və Toxum Nəzarəti üzrə Dövlət  Xidmətinin rəisi Möhtəsən Əhmədov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mütəxəssisi Fəxrəddin Rəşidov, Elmi Tədqiqat Əkinçilik İnstitutu direktoru Cavanşir Təlai, Bitkiçilik sektorunun müdiri Səfəralı Nəsirov iştirak etmişdir.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev açaraq qonaqları və müşavirə iştirakçılarını salamlamış, müşavirənin işinə uğurlar arzulamışdır. 
Ulu öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilmiş düşünülmüş ardıcıl siyasət nəticəsində ölkəmizin bütün sahələrdə sürətlə inkişaf etdiyini, xalqımızın sosial rifah halının günü-gündən yaxşılaşır. 
Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunblarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında möhtərəm Prezidentimizin göstərdiyi kimi, dünyada böhran davam etdiyi halda, ətraf bölgələrdə qanlı mühaibələr baş verdiyi halda Azərbaycan inkişaf edir, öklədə ümumi məhsul istehsalı 3 faiz, qeyri neft sektoru isə 7 faiz artmışdır.
Dövlət tərəfindən göstərilən kömək sayəsində qeyri-neft sektorunun əsas hissəsi olan kənd təsərrüfatı daha sürətlə inkişaf edir.
Möhtərəm Prezidentimizin 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etməsi  bütün sakinlərimizin böyük sevincinə səbəb olmuşdur. Bu cari ildə kənd təsərrüfatı sahəsinə daha böyük diqqət yetiriləcəyindən, sahənin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsindən, ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparkların və iri fermer təsərrüfatlarının yaradılmasından xəbər verir.
Bu gün Bərdə rayonunda bu müşavirənin keçirilməsi bölgəmizdə  kənd təsərrüfatının inkişafına böyük təkan olacaqdır.
Diskusiya şəraitində keçən müşavirədə “Bitkiçilik sektorunun mövcud vəziyyəti və gələcək inkişafı üçün yeni texnologiyaların tətbiqinin əhəmiyyəti”, “Taxıl toxumçuluğu sahələrində aqrotexniki qulluq işlərinin təşkili”, “Zərərli orqanizmlərlə mübarizə tədbirlərinin düzgün təşkilinin əhəmiyyəti”, “Yeni taxıl sortlarının potensial məhsuldarlığı və ona təsir edən amillər”, “Texniki təminatın yaxşılaşdırılması  məqsədilə həyata keçirilən tədbirlər“ və “Əkinlərin elmi əsaslarla aparılmasının üstünlüyü” mövzularında çıxışlar olmuşdur.
Çıxışlardan sonra bölgədə bitkiçiliyin  vəziyyəti, inkişaf perspektivləri və mövcud problemlər və onların həlli yolları haqqında  geniş fikir mübadiləsi aparılmışdır.

Keçidlər