Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin konfransı keçirilmişdir.

21 fevral 2015 | 16:00
 

Fevralın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının konfrans zalında   YAP Bərdə rayon təşkilatının Gənclər Birliyinin IV konfransı keçirilib. YAP rayon təşkilatının üzvləri konfransdan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri konfrans iştirakçılarını   salamladılar. Sonra Dövlət Himni səsləndirildi.
Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya və YAP Siyasi Şurasını üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək, Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin fəaliyyətindən danışıblar. Bildirilib ki, YAP Gənclər Birliyi respublikamızın öndə gedən gənclər təşkilatıdır. Partiya üzvlərinin 254 min nəfərini gənclər təşkil edir. Tədbirdə YAP rayon təşkilatı Gənclər Birliyinin hesabatı dinlənilib. Məlumat verilib ki, rayon təşkilatının 10 min 575 nəfər üzvündən 3016-sı gənclərdir. Hesabat ətrafında rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, rayon Tarix diyarşünaslıq muzeyinin direktoru Fazər Hümbətov, Partiya fəalı, tələbə Sənan Təhməzzadə, Partiya fəalı, həkim Mətanət Rzayeva çıxış etdilər. Sonra rayon təşkilatı Gənclər Birliyi Şurasının və İdarə Heyətinin yeni tərkibi seçilib. YAP rayon təşkilatı Gənclər Birliyi Şurasının və İdarə Heyətinin yeni tərkibi seçildi. 1988-ci il təvəllüdlü, ali təhsilli, Bərdə rayon İcra Hakimiyyətində aparıcı məsləhətçi vəzifəsində işləyən Fərzəliyev Fərid Əli oğlu YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri seçildi.
  Konfransda YAP Bərdə rayon təşkilatı   üzvlərindənYAP Gənclər Birliyinin IV konfransına nümayəndələr seçilib.

Keçidlər