18-23 avqust 2023-cü il tarixlərdə Bərdə şəhər 5 nömrəli tam orta məktəbdə və Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin həyata keçirdiyi “Regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarının keçirilməsi” adlı layihə çərçivəsində “Narkotik maddələr və onun fəsadları!” mövzusunda dəyirmi masa keçiril
25 avqust 2023 | 11:19
Tədbiri giriş sözü ilə Bərdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Səbuhi Qasımov açaraq narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını və hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirdi.
Layihənin rəhbəri, Telman Dadaşov layihə haqqında iştirakçılara geniş məlumat verdi. Bildirdi ki, narkotik maddələr orqanizmə daxil olduqdan sonra psixoloji və fiziki dəyişikliklərə səbəb ola bilən və asılılıq yarada bilən kimyəvi maddələrdir. O orqanizmin zəifləməsinə bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qaraciyər və böyrəklərin funksiyalarını pozur. Sonda isə ölümlə nəticələnir. Narkotik və onun törətdiyi fəsadlar hər il milyonlarla insanın həyatına son qoyur. Ona görə də hamılıqla narkotikə yox deməli və ona qarşı birlikdə mübarizə aparmalıyıq.
Daha sonra çıxış edən Rayon Polis şöbəsinin rəis müavini, polis kapitanı Nəbi Məmmədov və Polis şöbəsinin Narkomaniyaya qarşı mübarizə qrupunun əməliyyat müvəkkili Bəhruz Zeynalov yaşadığımız müasir dövrdə bəşəriyyəti təhdid edən narkotik asılılığının cəmiyyətdə və insan həyatında törədə biləcəyi neqativ hallardan danışmış, narkomaniya ilə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat vermişlər. Ölkə Prezidentinin Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn mübarizə tədbirlərinin uğurla həyata keçirildiyini, lakin keçirilən tədbirlərə baxmayaraq narkomanların sayının hələ də artdığını qeyd etdilər. Ona görə də belə görüşlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını xüsusi ilə vurğulamışlar.
Bərdə Regional “ASAN Xidmət” Mərkəzində könüllülər üzrə məsul şəxs Şamxal Yaqubov çıxış edərək tədbirin əhəmiyyətindən söz açmış, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya qarşı mübarizə aparmağın vacibliyini qeyd etmişdir.
Tədbirdə Bərdə RİH-nin , Qarabağ Regional Təhsil İdarəsinin, Bərdə Rayon Mərkəzi Xəstəxanasının, Bərdə Regional “ASAN Xidmət” Mərkəzinin, Bərdə Rayon Polis Şöbəsinin, Gənclər və İdman İdarəsinin ,şəhər 5 nömrəli məktəbin, RGM İB-in nümayəndələri iştirak etdilər və öz təkliflərini verdilər.