Şriftin ölçüsü :

Saytın rəngi :

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Bərdə rayon Heydər Əliyev Mərkəzində “Mədəni İrsə Körpü: Muzeylərin Yaşayan Yaddaşı” adlı tədbir keçirilmişdir

18 may 2026 | 16:27

Tədbiri giriş sözü ilə açan Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova iştirakçıları salamlayaraq, Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması, mədəni irsin yaşadılması və muzey işinin inkişafı istiqamətində göstərdiyi xidmətlərdən danışmışdır. Qeyd olunmuşdur ki, Ulu Öndər muzeylərin fəaliyyətinə daim xüsusi diqqət göstərmişdir.
Tədbir çərçivəsində muzeylərin tarixi və cəmiyyət həyatındakı rolundan bəhs edən sənədli film nümayiş etdirilmiş, həmçinin Mərkəzin fəaliyyəti barədə təqdimat keçirilmişdir.
Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Leyla Mehtiyeva muzeylərin xalqın tarixi yaddaşının qorunmasında mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Bərdə Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışaraq, Arifət Əhmədovanın Heydər Əliyev irsinin təbliği və muzey işinin inkişafı sahəsində xidmətlərini yüksək qiymətləndirmiş, ona təltifnamə təqdim etmişdir.
Bərdə ASAN Xidmət Mərkəzinin Könüllülərlə İş şöbəsinin rəhbəri Şamxal Yaqubov gənclərin mədəni irsin təbliğində iştirakının əhəmiyyətini qeyd etmiş, Bərdə Peşə Təhsil Mərkəzinin tarix müəllimi Səadət Sadıqova isə muzeylərin tariximizin öyrənilməsi və təbliğində əvəzsiz rol oynadığını bildirmişdir.
Sonda iştirakçılar Mərkəzin fəaliyyətini yüksək qiymətləndirərək əməkdaşlıqdan məmnunluqlarını ifadə etmişlər.

Keçidlər