18 oktyabr – Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə Bərdə Rayon Heydər Əliyev Mərkəzi və Bərdə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 17.10.2025-ci il tarixdə "Konstitusiya və Suverenlik İli çərçivəsində “Müstəqil Vətənim” adlı tədbir keçirilmişdir.
17 oktyabr 2025 | 16:50
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Arifət Əhmədova açaraq iştirakçıları salamlayıb və bayram münasibətilə təbrik edib. O, çıxışında qeyd edib ki,18 oktyabr xalqımızın tarixi yaddaşında ən parlaq günlərdən biridir. Bu tarixdə biz bir daha sübut etdik ki, azadlıq, suverenlik və dövlət müstəqilliyi Azərbaycan xalqı üçün müqəddəs dəyərlərdir. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz qorunub saxlanıldı və möhkəm təməllər üzərində inkişaf etdirildi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil, qüdrətli və qalib bir dövlət kimi beynəlxalq aləmdə söz sahibidir.Daha sonra Bərdə Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Səbuhi Qasımov çıxış edərək vurğulayıb ki,Müstəqillik xalqın milli iradəsinin təntənəsidir. Hər bir Azərbaycan vətəndaşı bu dəyəri yaşatmaq, dövlətçiliyimizi qorumaq üçün məsuliyyət daşıyır.
QMVAİŞB-nin Bərdə rayonu üzrə sədri Etibar Hüseynov çıxışında bildirib ki,Azərbaycanın bugünkü inkişafı müstəqilliyin bəhrəsidir. Qəhrəmanlarımızın qanı bahasına qazanılmış bu azadlığı daim qorumaq, gələcək nəsillərə ötürmək bizim mənəvi borcumuzdur.
MİHİ-nin Bərdə rayon nümayəndəliyinin sədri Ruhanə Əliyeva qeyd edib ki,Azərbaycan qadını da, gənci də bu dövlətin dayağıdır. Biz hamımız bir amal uğrunda – müstəqil və güclü Azərbaycan uğrunda çalışırıq. Müstəqillik bizim ən böyük sərvətimizdir.Sonda Bərdə Mədəniyyət Mərkəzinin filialı Zümürxan kənd Mədəniyyət Evinin metodisti Musa Muradlı çıxış edərək tədbirin əhəmiyyətindən danışıb və vurğulayıb ki,Müstəqillik xalqın ruhunda yaşayan bir dəyərdir. Mədəniyyət isə o ruhun ifadəsidir. Biz bu kimi tədbirlərlə həm tariximizi yaşadır, həm də gənc nəslə milli-mənəvi dəyərləri aşılayırıq.Tədbirin yekununda "Yaşa Azərbaycanım yaşa!" ədəbi-bədii kompozisiyası təqdim olunub, vətənpərvərlik ruhunda musiqi nömrələri səsləndirilib.






