Şriftin ölçüsü :

Saytın rəngi :

18 Oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günü Bərdədə qeyd edilmişdir

18 oktyabr 2022 | 15:42
Bərdədə rayon İcra Hakimiyyəti və YAP Bərdə rayon təşkilatının birgə təşkilatçılığı ilə 18 oktyabr-Dövlət Müstəqilliyinin Bərpası gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər düzmüşlər.
Tədbir Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
Tədbiri rayon İcra hakimiyyətinin "İdeoloji maarifləndirmə konsepsiyası" ilə bağlı yaradılmış YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, həmin təşkilatın sədr müavini Elməddin Əsgərxanov giriş sözü ilə açaraq dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən, bu müstəqilliyin qorunub möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışmışdır.
Tədbirdə çıxış edən rayon İcra hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev bu gün Müzəffər rəhbər cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində qazanılmış qələbələrdən, Vətən müharibəsində əldə olunmuş böyük Zəfər tarixindən, torpaqlarımızın işğaldan azad edilməsindən danışmışdır. Bildirmişdir ki, bu uğurların kökündə ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün möhkəm, etibarlı əllərlə qorunan xalq iqtidar birliyi durur.
Sonra tədbirdə Vətən müharibəsi şəhidi Turqut Zeynalovun atası Fikrət Zeynalov, Vətən müharibəsi əlili Fuad Cavadzadə, YAP təbliğat qrupunun üzvləri - Qarabağ RTİ Bərdə sektorunun müdiri Qurban Məmmədov, RİHB aparatının Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, həmçinin Millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad Ağayev, partiya fəalı Raqub Yunisov və başqaları çıxış edərək bugünkü tarixin əhəmiyyətini önə çəkmişlər. Tədbir boyu çıxışçılar Ulu öndər Heydər Əliyevin dediyi "Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir!" fikri və Müzəffər Ali Baş Komandan, qalib ölkənin qalib rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın bugünkü gücü, qüdrətini tərənnüm etmişlər.
Keçidlər