Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi

08 noyabr 2012 | 16:00

07 noyabr 2012-ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə Milli Məclisin sədr müavini Bahar xanım Muradova, Yeni Azərbaycan Partiyasının icra aparatının baş məsləhətçisi cənab Araz Xudadanov iştirak etmişlər.
Tədbirdə 380 nəfər iştirak etmişdir.
Tədbirdən əvvəl YAP rayon fəalları ulu öndər Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoymuş, tədbirdə Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının sədri Fəqət xanım Şadlinskaya məruzə etmiş, YAP fəalları Aydın Qasımov və Gülşən Orucova, Milli Məclisin sədr müavini Bahar xanım Muradova, rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev çıxış etmiş, tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul etmişlər.
Tədbirdə YAP üzvülüyünə yeni qəbul olan bir qrup gəncə YAP üzvülük vəsiqəsi təqdim edilmiş, YAP-ın yaradılmasının 20 illiyi ilə əlaqədar rayonda keçirilmiş məktəblərarası minifutbol, valeybol, intelektual bilik yarışları və inşa yazı müsabiqəsi qaliblərinə, YAP təşkilatçılığı ilə Yevlax şəhərində keçirilmiş minifutbol yarışının zona turnirində qalib olmuş gənc futbolçulara qiymətli hədiyyələr təqdim edilmişdir.
Tədbirin sonunda rayon mədəniyyət işçiləri iştirakçılar qarşısında konsert proqramı ilə çıxış etmişlər.

 

Keçidlər