Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilmişdir.

31 mart 2015 | 15:00
 

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya geniş məruzə etmişdir. Bildirmişdir ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş ermənilərin etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə, kütləvi qətl və qırğınlara məruz qalmışdır.   Azərbaycanlılar min illər boyu yaşadıqları tarixi  dədə-baba torpaqlarından didərgin salınmış, indi Ermənistan adlandırılan həmin torpaqlarda   xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
  Tədbirdə 1948-51-ci illərdə ermənilər tərəfindən Qərbi Azərbaycanın Vedibasar rayonundan deportasiya olunmuş, hazırda  Otuzikilər kənd sakini,  təqaüdçü Yaqubov Lətif Cəlil oğlu,1948-51-ci illərdə ermənilər tərəfindən Qərb Azərbaycanın Exiqnadzor rayonundan deportasiya olunmuş, hazırda Əmirli kənd sakini Abişov Vaqif Həsən oğlu,  Qərbi Azərbaycanın Basarkeçər rayonundan      deportasiya olunmuş ailənin övladı Hacızadə Aqşin Şiruyə oğlu  ermənilər tərəfindən azərbaycanlıların soyqırımı haqqında çıxış etmişlər.
Tədbir şəhər 8 saylı   tam orta məktəbin şagirdlərinin göstərdiyi kompozisiya ilə başa çatmışdır.
Tədbirdə   YAP Bərdə rayon təşkilatının akt zalında keçirilən rayon İcra Hakimiyyətinin başçısı   aparatının,  Yeni Azərbaycan Partiyası rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və məsul işçiləri,  ictimaiyyət və KİV nümayəndələri  iştirak etmişlər. 

Keçidlər