Şriftin ölçüsü :

Saytın rəngi :

Qasımbəyli kəndinə təbii qaz verilişinin açılışı

01 aprel 2015 | 15:00
01 aprel 2015-ci il tarixdə Qasımbəyli kəndinə təbii qaz verilişinin açılışı olmuşdur.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Millət vəkili Zahid Oruc, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon ictimaiyyəti, kənd sakinləri və KİV nümayəndələri   iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı  Vidadi İsayev Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığını qeyd etmiş və tədbir iştirakçılarını təbrik edərək  bildirmişdir ki, Qasımbəyli kəndinin qazlaşdırılması üçün ümumi uzunluğu 13 kilometrdən çox müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 202 mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda rayonun 10 kəndində qaz çəkilişi davam edir. Yaxın günlərdə Dəymədağıldı və Bala Qacar kəndlərinə də təbii qaz veriləcək.
Milli Məcluisin Deputatı Zahid Oruc  çıxış edərək  kəndə təbii qaz verilişi münasibəti ilə kənd sakinlərini təbrik etmişdir.
Tədbirdə  kənd sakinləri Səfərova Məlahət, Aslanov Elbrus, Məmmədov Xəlil çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda rayon İcra Hakimiyyətinin başçısı V.İ.İsayev, Millət vəkili Zahid Oruc kənd ağsaqqallları ilə birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli  yandırmışlar.
Keçidlər