Bərdədə həqiqi hərbi xidmətə çağırışçıların təntənəli yola salınma mərasimi keçirilmişdir.
Tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bərdə rayon şöbəsinin rəisi polkovnik leytenant Mətləb Murquzov açaraq çağırışçı gənclərə uğurlar arzulamışdır.
Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin Milli Ordumuzun yaradılmasındakı xidmətlərindən, möhtərəm Prezidentimiz, Ali Baş komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrin qüdrətlənməsi yolundakı fəaliyyətindən, Ordu ilə xalqın monolit birliyindən danışmışdır.
Tədbirdə çıxış edən valideynlər və çağırışcılar ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, dövlətimizin möhkəmləndirilməsi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda Milli Ordumuzun qüdrətlənməsinə öz bacarıq və səylərini əsirgəməyəcəklərini bildirmişlər.
Çağırışçılar Dövlət Bayrağını öpərək Vətənə sədaqətlə xidmət edəcəklərinə and içdikdən sonra rayon Mədəniyyət evinin”Qarabağ” xalq çalğı alətləri ansamblının şən musiqi sədaları altında hərbi xidmətə yola salınmışlar.