Kənd Təsərrüfatı naziri Heydər Əsədov aprelin 24-də Bərdə rayonuna gəlib.
24 aprel 2015 | 15:00
Kənd Təsərrüfatı naziri Heydər Əsədov aprelin 24-də Bərdə rayonuna gəlmiş, rayonun Mehdili kəndində “Qarabağ” Aqrar Sənaye Kompleksinin fəaliyyəti, “Aqrolizinq” ASC-nin xətti ilə gətirilmiş səyyar yem müəssisəsinin iş prinsipi ilə də tanış olub, Bərdə Yem Fabrikində quraşdırılan müasir avadanlıqlara baxış keçirib. Bərdə rayonunun Türkmən kəndində 500 başlıq südlük istiqamətli cins iribuynuzlu heyvandarlıq kompleksinə gələn Kənd Təsərrüfatı naziri Heydər Əsədova məlumat verilib ki, inşasına ötən il başlanılan kompleksdə mexanikləşdirilmiş ferma, sağımxana, yem və su anbarları, silos quyusu, ofis, işçilər üçün otaqlar tikilib, “Aqrolizinq” ASC-nin xətti ilə Almaniyadan 325 baş cins inək gətirilib.