Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə akademik Zərifə xanım Əliyevanın xatirəsi anılmışdır.

28 aprel 2015 | 15:00

Bərdə şəhərindəki Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə görkəmli oftalmoloq alimin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
            Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası  rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə akademik Zərifə xanım Əliyevanın məktəb-liseyin həyətindəki büstü önünə gül-çiçək düzmüş, görkəmli oftalmoloq alimin xatirəsinə ehtiramlarını bildirmiş, görkəmli alimin şərəfinə hazırlanmış “Şən startlar”a tamaşa etmişlər.
             Tədbirdə Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya məruzə ilə çıxış edərək akademikin zəngin həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışmışdır. Bildirmişdir ki, Zərifə xanım Əliyeva azərbaycanlı ziyalı qadın adını ən yüksək mərtəbəyə qaldıran unudulmaz simalardandır.
             Tədbirdə digər çıxış edənlər də görkəmli alimin keçdiyi mənalı həyat yolundan, fəaliyyətindən, oftalmologiya elminin inkişafındakı xidmətlərindən bəhs etmişlər. Çıxışlarda akademik Zərifə xanım Əliyevanın xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi xüsusi vurğulanmışdır.
            Tədbirdə məktəblilərin iştirakı ilə musiqili kompozisiya nümayiş olunmuşdur.

Keçidlər