Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon Təhsil şöbəsi üçün inşa edilən yeni bina istifadəyə verilib

05 may 2015 | 15:00

Mayın 5-də Bərdə rayon Təhsil şöbəsi üçün inşa edilən yeni bina istifadəyə verildi.
Bu münasibətlə keçirilən tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, təhsil sahəsində əldə olunan uğurlardan danışmışdır.
             Tədbirdə rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev çıxış etmişdir. Bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92 –ci ildönümü ərəfəsində istifadəyə verilən bu möhtəşəm təhsil ocaqları rayonumuzda təhsil işçilərinin iş şəraitinin yaxşılaşdırılması, tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində atılmış növbəti addımdır.  Qeyd olunmuşdur ki, 2003-cü ildən indiyədək rayonda 21 yeni məktəb binası inşa olunub, 10 məktəb binası əsaslı təmir edilmişdir. Bildirilmişdir ki,Təhsil şöbəsinin yeni üçmərtəbəli binası 31 otaq və 110 nəfərlik akt zalından ibarətdir.
             Tədbirdə rayon Təhsil şöbəsinin müdiri R.Şərifov, şəhər akademik Z. Əliyeva adına texniki fənlər təmayüllü məktəb liseyin ibtidai sinif müəllimi,  respublikanın Əməkdar müəllimi P.Mehdiyeva, 2 saylı Nazırlı kənd tam orta məktəbin fizika müəllimi P.Nəbiyev çıxış edərək yaradılan şəraitə görə ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevə  minnətdarlıqlarını bildirmişlər.
            Tədbir  iştirakçıları rayon Təhsil şöbəsinin yeni tikilmiş binasında   yaradılan şəraitlə tanış olmuşlar.

Keçidlər