Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə şəhər 7 saylı ümumi orta məktəb üçün inşa edilən yeni bina istifadəyə verilmişdir.

05 may 2015 | 15:00

Mayın 5-də Bərdə şəhər 7 saylı ümumi orta məktəb  üçün inşa edilmiş yeni bina istifadəyə verilmişdir.
Bu münasibətlə şəhər 7 saylı əsas məktəbin yeni binasının açılışına həsr edilmiş tədbir  keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək müəllim və şagirdləri, valideynləri, bütün ictimaiyyət nümayəndələrini təbrik etmiş, bunun ölkəmizdə təhsillə göstərilən diqqət və qayğının bariz nümunəsindən biri olduğunu bildirmişdir.  Qeyd olunmuşdur ki, məktəb binası 380 yerlikdir. Yeni məktəb binasında fənn kabinələri, laboratoriya, kompyuter və sinif otaqları, akt və idman zalları, bufet, kitabxana, xidməti otaqlar, istilik sistemi, həyətdə idman meydançası yaradılıb. Məktəb lazımi inventar və avadanlıqlarla təmin olunub.
       Tədbirdə çıxış edən təhsil işçiləri, şagird və valideynlər göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevə  minnətdarlıqlarını bildirmişlər.
       Tədbir iştirakçıları şəhər 7 saylı əsas məktəb üçün tikilmiş yeni binada yaradılan şəraitlə tanış olmuşlar.

Keçidlər