2 avqust 2022-ci il tarixində Bərdə rayon İcra Hakimiyyətinin iclas zalında Kür çayının aşağı axarında suvarma suyundan səmərəli istifadə üzrə kənd təsərrüfatı istehsalçılarının məlumatlandırılması və maarifləndirilməsi ilə bağlı görüş keçirilmişdir
2 avqust 2022-ci il tarixində Bərdə rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Vəfa Məmmədova, Aysel Ramazanova, Sənan Rəsulov, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Yusif Əhədi, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Rövşən Abdullayev, Azərsu ASC-nin əməkdaşı Nizami Osmanov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşı Əliağa Əzizov və rayonun digər əlaqədar qurumları həmçinin fermerlərin birgə iştirakı ilə Kür çayının aşağı axarında suvarma suyundan səmərəli istifadə üzrə kənd təsərrüfatı istehsalçılarının məlumatlandırılması və maarifləndirilməsi ilə bağlı görüş keçirilmişdir.Tədbiri giriş sözü ilə Bərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev açaraq qonaqları və tədbir iştirakçılarını salamlamış və möhtərəm cənab Prezidentin digər sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də apardığı uğurlu siyasətin nəticələri barədə məlumat vermişdir. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.