2 fevral – Gənclər Günü münasibətilə Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Heydər Əliyev Mərkəzində Bərdə şəhər şəhid Fərahim Quliyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbi ilə birgə “Ulu Öndər Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” mövzusunda tədbir keçirilmişdir
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova çıxışında bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün də uğurla davam etdirilir. O, gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamış, gənclərin ölkənin sosial-iqtisadi və mədəni inkişafında fəal rol oynadıqlarını qeyd etmişdir.
Daha sonra çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Zöhrab Zöhrabbəyov ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin hüquqi əsaslarından, qəbul olunmuş dövlət proqramlarından və bu sahədə əldə edilən nailiyyətlərdən bəhs etmişdir. O, Ulu Öndər Heydər Əliyevin “Gələcəyimiz gənclərin əlindədir” fikrini xatırladaraq, gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsində dövlətin ardıcıl və məqsədyönlü fəaliyyətinin əhəmiyyətini xüsusi qeyd etmişdir.
Bərdə rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Fidan Nəsirli çıxışında gənclərin intellektual, mədəni və fiziki inkişafı istiqamətində görülən işlərdən, onların asudə vaxtının səmərəli təşkili üçün həyata keçirilən layihələrdən danışmışdır. Tədbirdə həmçinin Bərdə şəhər şəhid Fərahim Quliyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin musiqi müəllimi Cəmalə İsmayılova çıxış edərək, musiqi və incəsənətin gənclərin estetik tərbiyəsində mühüm rol oynadığını vurğulamışdır.
Tədbirin bədii hissəsində Uşaq Musiqi Məktəbinin şagirdləri tərəfindən səsləndirilən musiqi nömrələri tədbirə xüsusi rəng qatmış və iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.






