20 avqust 2025-ci il tarixində Bərdə Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax regional bölməsi, Bərdə "ASAN xidmət" mərkəzi və Bərdə rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Bərdə "ASAN xidmət" mərkəzində “Sağlam ailənin sirləri: sevgi, hörmət və dəstək” mövzusunda seminar keçirilib.
21 avqust 2025 | 09:39
Tədbirdə Bərdə RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov, DQİDK-nın Yevlax regional bölməsinin məsləhətçisi Məhəmməd Rəşidov, Bərdə rayonu üzrə gənclər və idman sektorunun müdiri Aydın Qasımov, Bərdə Rayon Qeydiyyat Şöbəsinin rəisi Məftunə Əfəndiyeva, Bərdə "ASAN xidmət" mərkəzinin direktoru İlahə Quliyeva, əməkdaşları və könüllü gəncləri iştirak ediblər.
Qeyd olunmuşdur ki, tədbirin keçirilməsində əsas məqsəd müasir dünyada baş verən qlobal proseslər fonunda ciddi zərər görən ailə institutunun daha da möhkəmləndirilməsi, cəmiyyətin diqqətinin bir daha ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinə, ailə ənənələrinə və milli-mənəvi dəyərlərə sədaqət hissinin təbliğ edilməsindən ibarətdir.
Bildirilib ki, hər bir insan ailəyə dəyər, qiymət verməlidir. İnsan üçün həyatın mənası elə ailəsidir. Ailənin xoşbəxt olması insanın öz əlindədir. Xoşbət ailə üçün də birinci növbədə sağlamlıq, övladın olması, ailədə dostların, yaxınların olması əsasdır. Ailə xoşbəxtdirsə, deməli, insan da xoşbəxtdir.






