Şriftin ölçüsü :

Saytın rəngi :

20 oktyabr – Energetiklər Günü münasibətilə Bərdə rayonunda tədbir keçirilib

20 oktyabr 2026 | 14:20

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli Sərəncamına əsasən, hər il oktyabrın 20-si ölkəmizdə Energetiklər Günü kimi qeyd edilir.
Tədbirdən əvvəl iştirakçılar şəhərin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Daha sonra tədbir Bərdə Rayon İcra Hakimiyyətinin konfrans zalında davam etdirilib.
Tədbirdə elektroenergetikləri peşə bayramı münasibətilə təbrik edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Energetiklər Gününün təsis edilməsinin ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi yüksək dəyərin göstəricisi olduğunu bildirib. O, Azərbaycanın öz enerji potensialı hesabına enerji təhlükəsizliyini tam təmin edən nadir ölkələrdən biri olduğunu vurğulayaraq, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və bu sahədə istehsalın artırılmasının energetika sektorunun qarşısında duran əsas vəzifələrdən olduğunu qeyd edib.
Tədbirin sonunda elektroenergetika sahəsində əldə etdikləri nailiyyətlərə görə bir qrup əməkdaşa Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tərəfindən Fəxri Fərmanlar təqdim olunub.

Keçidlər