Türkmən kəndinə təbii qazın verilişinin açılışı olmuşdur.
13301 metr müxtəlif diametrli qaz xətləri çəkilmiş, 23 ədəd siyirtmə quraşdırılmış, abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmışdır. Kəndin 346 ailədə birləşən 1298 nəfər sakini təbii qazla təmin edilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, Milli Məclisin deputatı cənab Zahid Oruc, “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru cənab Əkbər Hacıyev, baş direktorun satış və istismar üzrə müavini cənab Qamət Məmmədov, əsaslı tikinti üzrə müavini Qağaməli Seyfullayev, Tikinti Departamentinin rəis müavini cənab Fuad Şükürov, Qaz təsərrüfatının istismarı şöbəsinin rəis müavini Xəyyam Aydınov və Layihə Konstruktor Bürosunun rəisi cənab Akif Mustafayev iştirak etmişlər.
Tədbirdə kənd ağsaqqalı Taryel Nəcəfov, Türkmən kənd tam orta məktəbin müəllimi Zöhrə İsgəndərova, kənd ağsaqqalı Saleh Qasımov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Milli Məclisin deputatı Zahid Oruc, rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış etmiş, kəndə təbii qaz verilişinin rəmizi əlaməti olan məşəl yandırılmış, kənd sakini Mahir Abışovun evində təbii qazın verilişinə baxılmışdır.
Tədbirdə 800 nəfər iştirak etmişdir.