Niftçi kəndinə təbii qaz verilişinin açılışı olub
6 may 2015-ci il tarixdə Niftçi kəndinə təbii qaz verilişinin açılışı açılışı olmuşdur.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər.
Çıxış edənlər sakinləri ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Bildirilib ki, ümumilikdə 58 abonenti olan Niftçi kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 3 min 983 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 58 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Sakinlər “mavi yanacaq”la təmin olunmasına görə dövlətimizin başçısı cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.