Bərdə ASAN Xidmət Mərkəzində ərazi ilk partiya təşkilatı yaradılmışdır
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində Bərdə Regional ASAN Xidmət Mərkəzində Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının ərazi ilk partiya təşkilatı yaradılması ilə bağlı iclas keçirilmişdir.
Toplantını Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsindəki xidmətlərindən, onun nurlu ideyalarını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycanın regionda lider dövlətə çevrilməsindən, Yeni Azərbaycan Partiyasının öncül fəaliyyətindən və dünyadakı siyasi nüfuzundan danışmışdır. Bildirmişdir ki, YAP sıralarında daim gənclərin sayinin artması Partiyamızın daimiliyini təmin edən şərtlərdəndir. YAP Bərdə rayon təşkilatında 10min 632 nəfər üzv var, 164 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir.
İslasda ASAN Xidmət Mərkəzinin direktoru Elman İsayev, YAP Bərdə rayon təşkilatında Baş təlimatçı Cavid İbişov, ASAN Xidmət Mərkəzinin direktor müavini Turqut Mustafazadə, ASAN Xidmət Mərkəzinin əməkdaşı Saray Mayılzadə çıxış etmişlər.
Sonra ASAN Xidmət Mərkəzində YAP-ın Nizamnamə və Proqramına uyğun olaraq YAP Bərdə rayon təşkilatı ərazi ilk partiya təşkilatının fəaliyyətə başlaması üçün tərkib seçilmişdir.
İclasda Bərdə ASAN Xidmət Mərkəzinin direktoru Elman İsayev YAP Bərdə rayon təşkilatının ərazi ilk partiya təşkilatının sədri seçilmişdir. E.İsayev ona göstərilən bu etimada görə təşəkkür etmiş, bu etimadı öz işi və fəaliyyəti ilə doğruldacağını bildirmişdir.
Sonda ASAN Xidmət Mərkəzində qoyulmuş ulu öndər Heydər Əliyevin büstü önündə YAP sıralarına üzv qəbul olunmuş Bərdə ASAN Xidmət əməkdaşlarından bir qrupuna partiya üzvlük vəsiqələri təqdim olunmuşdur.