Şriftin ölçüsü :

Saytın rəngi :

2022-ci ilin 12-14 sentyabr tarixlərində cəbhədə baş vermiş şiddətli döyüşlər zamanı yaralanmış zabit, baş leytenant Əhmədzadə Əhməd Telman oğlunun ailəsi ziyarət edilib

24 sentyabr 2022 | 16:22
Əhməd Əhmədzadə 08.06.1996-cı il tarixdə Bərdə şəhərində anadan olub. Ali Hərbi Məktəbi bitirib, 2017-ci ildən zabit kimi Vətən qarşısında şərəfli vəzifə borcunu yerinə yetirir. 2020-ci ildə Tovuz döyüşlərində iştirak edib və yaralanıb. 2020-ci ilin sentyabr ayında başlanan Vətən müharibəsində iştirak edib.
Vətən müharibəsində göstərdiyi fədakarlığa görə Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur.
13 sentyabr tarixində Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Hazırda SQ-in Mərkəzi Klinik Hospitalında müalicə alır.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!
Keçidlər