Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 92-ci ildönümü ilə əlaqədar tədbir

10 may 2015 | 15:00

Bərdədə Heydər Əliyev adına Park bulvarda   xalqımızın ümummilli lider Heydər Əliyevin 92-ci ildönümü ilə əlaqədar  Gül bayramı keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin 92-ci ildönümü  ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyasının rəhbərləri və fəalları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və işçiləri, ictimaiyyət nümayəndələri  Bərdə şəhərinin mərkəzində yeni salınmış Heydər Əliyev adına Park bulvarda  ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsinə ehtiramlarını bildirmişlər.
    Məktəblilərin hazırladıqları gül sərgisi maraqla qarşılanmışdır. Keçirilən tədbirdə   rayon İcra Hakimiyyətinin başçısı   Vidadi İsayev geniş məruzə etmiş, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müəyyən məqamlarından bəhs etmiş, ümummilli liderin xilaskarlıq missiyasından, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmətlərindən danışmışdır. 
         Tədbirdə ümummilli lider Heydər Əliyevin 92-ci ildönümü  ilə əlaqədar   YAP rayon təşkilatının rayon Təhsil şöbəsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” müsabiqəsinin, qızlar və oğlanlar arasında voleybol və oğlanlar arasında futbol yarışlarının qaliblərinə  YAP rayon təşkilatının Diplom,  Fəxri-fərmanı və qiymətli hədiyyələri təqdim edilmişdir. 
       Tədbirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə rayonun incəsənət xadimləri geniş konsert proqramı ilə çıxış etmişlər.
        Gün ərzində rayon sakinləri ümummilli lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış heykəli önünə tər gül-çiçək dəstələri düzərək xatirəsini anmış, Heydər Əliyev Parkını gəzmişlər.

Keçidlər