Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon Zümürxan kəndində növbəti səyyar qəbul-görüş keçirilmişdir.

19 may 2015 | 15:00
 

19 may 2015-ci il tarixdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev  rayonun Zümürxan kəndində  əhali ilə səyyar qəbul-görüş keçirmişdir. Səyyar qəbul-görüşü açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı V,İ.İsayev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev  tərəfindən uğurla davam etdirildiyini bildirmiş və regionların sürətli sosial-iqtisadi inkişafından söz açmış, daha sonra Bərdə rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı  rayonun infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmışdır. Bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin Bərdəyə növbəti tarixi səfəri zamanı burada gedən tikinti-abadlıq, quruculuq işlərindən razi qalması bütün bərdəlilərdə böyük ruh yüksəkliyi yaratmış, rayonda bu sahədə həyata keçirilən işlərin daha geniş vüsət almasına stimul vermişdir.bundan sonra da davam etdiriləcəkdir.
Keçirilən qəbul-görüşdə əhalini narahat edən problem və qayğılar dərindən öyrənilmiş, onların həlli istiqamətində elə yerindəcə aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir. Səyyar qəbul-görüşdə Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, KİV  nümayəndələri iştirak etmişlər.
Kənd sakinlərindən Usubov Nadir, Bayramova Lətifə, Qarayev Əflatun, Orucov İnşallah, Cavadova Məlahət, İbrahimli Namiq, Nəsirov Azər   və başqaları kənddə əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açaraq, arzu və təkliflərini bildirmişlər. Qeyd olunmuşdur ki,  əkin sahələrinin suvarılması üçün əlavə subartezian quyularının qazılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin yenisi ilə əvəz edilməsinə,  Zümürxan  kənd mədəniyyət klubunun  əsaslı təmir olunmasına və s.ehtiyac var.
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapmış, digərlər məsələlər isə həll edilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılmışdır.
Tədbirdə iştirak edən Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinləmiş, onların həlli istiqamətində təkliflər hazırlanaraq aidiyyəti qurumların qarşısında məsələ qaldırılacağını və lazımı köməklik göstəriləcəyini bildirmişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər