Şriftin ölçüsü :

Saytın rəngi :

Koreya Respublikasının ölkəmizdəki səfirliyi məcburi köçkün uşaqlar arasında rəsm müsabiqəsi keçirib

29 may 2015 | 15:00
 

Koreya Respublikasının Azərbaycandakı səfirliyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məcburi köçkün uşaqlar arasında “Sehrli nağıl” rəsm müsabiqəsi keçirib.
Koreya Respublikasının səfiri Çoi Suk-İnn əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşüb.
Sonra səfir məcburi köçkün qəsəbəsinə gəlib.
Ağdam rayon 1 nömrəli tam orta məktəbdə keçirilən rəsm müsabiqəsində 2-5-ci sinif şagirdləri iştirak ediblər. Şagirdlər Azərbaycan nağılı “Göyçək Fatma” və Koreya nağılı “Şim Çonq” haqqında təsəvvürlərini rəsmlərdə təsvir ediblər. Müsabiqənin qalibləri planşet və smartfonlarla mükafatlandırılıblar.
Müsabiqənin iştirakçısı olan bütün şagirdlərə Koreya Respublikasının səfirliyi, Azərbaycanda fəaliyyət göstərən Koreya şirkəti “Halla” Korporasiyası və “Heerim” memarlıq və planlaşdırma şirkəti tərəfindən məktəbli çantaları, dəftərxana ləvazimatları və şirniyyatlar təqdim edilib.
Sonra Koreya Respublikasının səfiri şagirdlərlə birgə nahar edib.
Həmin gün Bərdə rayon mədəniyyət evində koreyalı rejissor Sonq Si-heubun 2014-cü ildə ekranlaşdırdığı “Nizamlı adam” romantik komediya filmi nümayiş olunub. Film bərdəli tamaşaçılar tərəfindən maraqla izlənib.
Tədbir Koreya və Azərbaycan arasında qarşılıqlı anlaşma və inam əsasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi daşıyır.

Keçidlər