Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Qacar kəndinə təbii qaz verilişinin açılışı.

01 iyun 2015 | 15:00

01 iyun 2015-ci il tarixdə Böyük Qacar kəndinə təbii qaz verilişinin açılışı olmuşdur. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Millət vəkili Zahid Oruc, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon ictimaiyyəti, kənd sakinləri və KİV nümayəndələri   iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı  Vidadi İsayev Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığını qeyd etmiş və tədbir iştirakçılarını təbrik edərək  bildirmişdir ki, 74 abonenti olan Böyük Qacar kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 7749 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 74 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Milli Məclisin deputatı Zahid Oruc  çıxış edərək  kəndə təbii qaz verilişi münasibəti ilə kənd sakinlərini təbrik etmişdir.
Tədbirdə  kənd sakinləri çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda rayon İcra Hakimiyyətinin başçısı V.İ.İsayev Millət vəkili Zahid Oruc ilə birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli  yandırmışlar.

Keçidlər