Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə 17 İyun Səhiyyə İşçiləri günü münasibətilə tədbir keçirilmişdir.

17 iyun 2015 | 15:00

Tədbirdən əvvəl rayonun səhiyyə işçiləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbir Mərkəzi rayon xəstəxanasınınm akt zalında keçirilmişdir.
Tədbiri açan  rayon İcra Hakimiyyətinin başçısı V.İ.İsayev rayonun bütün tibb işçilərini peşə bayramı münasibətilə rayon rəhbərliyi adından təbrik etmişdir. Bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən   2014 və   2015-ci illərdə əhalinin kütləvi tibbi müayinədən keçirilməsi əhəmiyyətinə görə dünyada analoqu olmayan aksiyadır. Natiq daha sonra bildirmişdir ki, rayonumuzda nəzdində 11 şöbə olmaqla Mərkəzi rayon xəstəxanası, şəhər Poliklinikası, rayon Doğum evi, rayon Uşaq xəstəxanası, şəhər Uşaq Poliklinikası, Ağciyər xəstəlikləri xəstəxanası,Gigeyena və Epidemiologiya Mərkəzi, Tibbi təcili Yardım stansiyası, 5 kənd xəstəxanası, 29 həkim məntəqəsi, 49 tibb məntəqəsi, nəzdində 10 şöbə, 3 kabinet və 1 aptek olmaqla Bərdə Regional Diaqnostika Mərkəzi fəaliyyət göstərir.  Və bu tibb ocaqlarında ümumilikdə 322 həkim və 933 tibb işçisi çalışır. Rayonumuzda 1 Respublikanın Əməkdar həkimi var.
Tədbirdə rayon Polis şöbəsinin rəisi Hikmət Quliyev, MTN rayon şöbəsinin rəisi Qalib Quliyev təbrik etmişlər.   
         Tədbirdə rayonun bir qrup fəal həkim və tibb işçisinə  rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman təqdim edilmişdir.
          Sonda MRX-nin baş həkimini əvəz edən Rəna Mustafayeva, həkimlərdən Xuraman Bəylərova, Gülşən Quliyeva çıxış edərək tibb sahəsinə və səhiyyə işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər