Şriftin ölçüsü :

Saytın rəngi :

Qullar kəndinə təbii qaz verilişinin açılışı

23 iyun 2015 | 15:00

23 iyun 2015-ci il tarixdə Qullar kəndinə təbii qaz verilişinin açılışı olmuşdur. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon ictimaiyyəti, kənd sakinləri və KİV nümayəndələri   iştirak etmişlər.
            Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı  Vidadi İsayev Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığını qeyd etmiş və tədbir iştirakçılarını təbrik edərək  bildirmişdir ki, 124 abonenti olan Qullar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 3176 metr müxtəlif diametrli polietilen və uzunluğu 8307 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 124 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə  kənd sakinləri çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda rayon İcra Hakimiyyətinin başçısı V.İ.İsayev kənd sakini ilə birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli  yandırmışlar.

Keçidlər