Şriftin ölçüsü :

Saytın rəngi :

Polis günü münasibəti ilə tədbir keçirilib.

02 iyul 2015 | 15:00

Azərbaycan Polisinin yaranmasının 97-ci ildönümü rayonda geniş qeyd edilmişdir. Tədbirdən öncə rayonun Polis əməkdaşları rayonun mərkəzində ucaldılmış ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər gül-çıçək qoyaraq hörmət və ehtiramlarını bildirmişlər. 
Rayon Polis şöbəsində davam etdirilən tədbirdə rayon rayon İcra Hakimiyyəti başçısının birinci müavini V.Y.Qarayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Polis şöbəsinin əməkdaşları və polis veteranları iştirak etmişlər.  Tədbirdə rayon Polis şöbəsinin rəisi geniş məruzə ilə çıxış etmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nzairinin Azərbaycan Polisinin yaranmasının 97-ci ildönümü ilə əlaqədar təbrik məkrubunu tədbir iştirakçılarına çatdırmışdır. Tədbirdə rayon Polis şöbəsinin rəisinin əmri ilə bir qrup polis əməkdaşlarına mükafatlar verilmiş, polis veteranlarına qiymətli hədiyyələr təqdim edilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini V.Qarayev, rayon Məhkəməsinin sədri A.Səmədov, rayon prokurorunun köməkçisi T.Tanrıverdiyev və polis veteranı Ə.İsayev çıxış etmişlər.

Keçidlər