Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunun 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası.

30 iyul 2015 | 15:00

Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev  2015-ci ilin birinci yarısında rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə etmiş, məruzə ətrafında “Aztelekom” MMC Bərdə rayon Telekommunikasiya qovşağının rəisi Nazim Şirinov, rayon Polis şöbəsinin rəis müavini Natiq Hüseynov, rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Raqub Məmtiyev, MRX-nin baş həkim əvəzi Rəna Mustafayeva, rayon İcra Hakimiyyəti başçısının Həsənqaya kənd inzibati dairəsi üzrə nümayəndəsi Məhərrəm Nərimanov çıxış etmişlər.
Altı ay ərzində Azərbaycan Respublikasının Prezidentinin 14 avqust 2014-cü il tarixli Sərəncamı ilə 11 yaşayış məntəqəsini birləşdirən Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun əsaslı təmiri, 47 hektar ərazini əhatə edən Heydər Əliyev park-bulvarının, məcburi köçkünlər üçün 588 ailəlik yaşayış məhəlləsinin, “Asan Xidmət” Mərkəzinin, Yol Polis xidmətinin inzibati binasının, şəhər 7 saylı ümumi orta məktəbin və 1 saylı Uşaq Musiqi məktəbinin, Mirzəxan kəndində cins heyvandarlıq kompleksinin tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir.
Bunlarla yanaşı 7 kənd qazlaşdırılmış, Ərazi Kənd Təsərrüfatı İdarəsinin, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya laboratoriyasının, Mədəniyyət Mərkəzinin, Gənclər evinin, Mehdili kəndində müasir Yem zavodunun tikintisi, tutumu 2 min ton olan soyuducu ambarın, 260 şagird yerlik Türkmən kənd tam orta məktəbin, 1150 şagird yerlik şəhər 2 və 6 saylı, 480 şagird yerlik şəhər 5 saylı tam orta məktəblərin əsaslı təmiri, “Bərdə” türbəsinin bərpası davam etdirilmişdir. Bərdə şəhəri ərazisində Tərtər çayı yatağında 209,8 min manat dəyərində sahilbərkitmə işləri aparılmış, kəndlərin qazlaşdırılması, rayonun elektrik şəbəkəsinin yenidən qurulması davam etdirilmişdir.
Bunlarla birlikdə İ.Qayıbov, Nüşabə və K.Cabbarov küçələri bütün kommunikasiya xətləri daxil olmaqla yenidən qurulmuş, piyada yolları tikilmiş, həmin küçələrdə 19 fərdi yaşayış evlərinin dam örtükləri yenidən tikilmiş, fasadları təmir edilmişdir.
Altı ayda rayonun ərazisindən keçən respublika əhəmiyyətli avtomobil yollarının 9644 kv. metr dağılmış asfalt beton örtüyü, 218,0 km təhlükəsizlik xətləri çəkilmiş, 2458,8 kv. metr səki, körpü, siqnal dirəkləri və yol ayrıcları rənglənmiş, qış mövsümündə avtoqəzaların qarşısının alınması üçün yollara 11 ton duz və 186 kub metr qum səpilmişdir.
Uğurbəyli kəndinin 1,5 km baş yolu yenidən tikilmiş, yerli əhəmiyyətli yolarda 55975 kv. metr dağılmış örtük bərpa edilmiş, 5896 kv. metr səki, körpü, siqnal dirəkləri və yol ayrıcları rənglənmişdir.
6 ay ərzində 15000 kv. metr şəhərdaxili yollar asfaltlaşdırılmış, Şirvanlı, Çəmənli, Məşədiibişli, Bəcirəvan və Köbər kəndlərində 27,2 km daxili yol qum-çınqılla əsaslı təmir edilmiş İkinci Hacallı və Tumaslı, Həsənqaya, Mustafaağalı kəndlərində 3 ədəd çən quraşdırılmış, 16,65 km içməli su xətti çəkilmiş, küçələrdə 32 ədəd bulaq tikilmiş, Sərkarlar və Hacallı kəndlərində 13,5 km suvarma kanalı, 1,6 km yolkənarı arxlar lildən təmizlənmiş, Böyük Göyüşlü, Bala Göyüşlü, Tağlar, Qayalı, Həsənqaya, Saatlı, Güloğlular və Qaratəpə kəndlərində 40 km içməli su xətti çəkilmiş, 8 su qülləsi ucaldılmış, 28 bulaq tikilmiş, məcburi köçkünlər üçün yeni tikilmiş 866 ailəlik yaşayış məhəlləsinə 1 komplekt xeyir-şər mağarı verilmiş, Peşə liseyinin tədris emalatxanası, yataqxanası əsaslı təmir edilmiş, Soğanverdilər, Gülgəzli, Qazaxlar, Uğurbəyli, Böyük Göyüşlü, Kolayır, Otuzikilər, Şorəlli kəndlərnin qəbirstanlıqlarında abadlıq işləri aparılmış, 4410 metr hasar hörülmüş, 340 metr hasar təmir edilmiş, 9 darvaza quraşdırılmış, 3 darvaza təmir edilmiş, 2 çən quraşdırılmış, 520 metr su xətti çəkilmiş, 5 bulaq və 8 talvar tikilmiş, ,
Rayonun küçə və meydanlarında, yolların kənarlarında 25 mindən çox ağac və 51 mindən çox gül kolları əkilmişdir.
6 ay ərzində Heydər Əliyev prospektində 2 və 3 saylı iki mərtəbəli, E.Əsədov küçəsində 5 saylı beş mərtəbəli, Nüşabə küçəsində 36,45 və 47 saylı, İ.Qayıbov küçəsində 25 saylı bir mərtəbəli kommunal binaların dam örtükləri yenidən tikilmişdir. H.Əliyev prospektində 11/1, 22, 115,116,149, 151 və 155 saylı, Babək küçəsində 2 saylı beş mərtəbəli,  R.Axundov küçəsində 10, E.Əsədov küçəsində 11 və 12, C.Məmmədquluzadə küçəsində 1, Təbriz küçəsində 12 və 13 saylı iki mərtəbəli, H.Əliyev prospektində 87 saylı bir mərtəbəli  kommunal yaşayış binalarında təmir işləri aparılmışdır.
Cari ilin birinci yarımilində  Heydər Əliyev park-bulvarının qarşısındakı ərazinin yenidən qurulması başa çatdırılmış, ərazidə piyada yolu tikilmiş, yaşıllıq zolağı salınmış, 1000 ədəd ağac əkilmişdir.
Cari ilin mart ayının 12-də Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev rayonumuza səfər etmiş, rayonda aparılan tikinti-abadlıq işləri ilə tanış olmuş, 47 hektar ərazidə tikilmiş Heydər Əliyev adına park-bulvarı, məcburi köçkünlər üçün tikilmiş 588 ailəlik qəsəbəni, “Asan xidmət” Mərkəzini, 2 saylı Uşaq İncəsənət məktəbini, 15,5 km Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunu açmış, “Bərdə” türbəsində aparılan bərpa işləri ilə tanış olmuşdur. Cənab Prezidentə yeni tikilmiş 22,2 km uzunluqda Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolu təqdim olunmuşdur.
Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyev rayonda aparılan işlərə dair göstərişlərini vermişdir.
  Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyev Bərdyə səfərindən dərhal sonra 13 mart 2015-ci il tarixdə “Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalamış, yolun yenidən qurulması üçün 2 milyon və mənzil fondunun əsaslı təmiri üçün 3 milyon manat ilkin olaraq vəsait ayırmışdır.
Bu gün bütün bərdəlilər Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyevin rayonumuza tarixi səfərinin yaratdığı xoş təəssurat altında qurub yaradırlar.
Altı ay ərzində 183,2 milyon manatlıq ümumi məhsul, o cümlədən 6,4 milyon manatlıq sənaye, 81.9 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, əhaliyə 2,2 milyon manatlıq nəqliyyat və anbar, 0,6 milyon manatlıq rabitə, 51,7  milyon manatlıq ticarət xidmətləri göstərilmiş, rayonda 39,3 milyon manatlıq tikinti-quraşdırma işləri aparılmışdır. 
2014-cü ilin birinci yarısına nisbətən məhsul istehsalı 30,5 faiz, o cümlədən sənaye məhsulu istehsalı 3,3 faiz, kənd təsərrüfatı 11,9 faiz, nəqliyyat və anbar təsərrüfatı 8,8 faiz, informasiya və rabitə xidmətləri 6,0 faiz, ticarət xidmətləri 22,8 faiz, tikinti-quraşdırma işləri 2,6 dəfə artmışdır.
6 ay ərzində rayon büdcəsinin yerli gəlirləri proqnozuna 103,1 faiz, xərcləri proqnozuna 91,4 faiz əməl edilmişdir.
Rayonun bütün zəruri xərclər icra edilmişdir. 6 ayda hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 2,6 faiz artaraq 9,8 min nəfərə çatmışdır.
6 ayda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 2,6 faiz artaraq 9,8 min nəfərə çatmışdır.
6 ay ərzində Mirzalıbəyli kəndində 500 başlıq heyvandarlıq kompleksinin tikintisinin birinci mərhələsi başa çatdırılıb istehsala başlanmış, Mehdili kəndində yeni yem istehsalı müəssisəsinin tikintisi davametdirilmişdir.
Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredit təşkilatları tərəfindən 6 ay ərzində  275 layihə üzrə sahibkarlara 6 milyon 475 min 800 manat güzəştli kredit verilmişdir. Bu layihələrin həyata keçirilməsi nəticəsində rayonda 359 yeni iş yerinin yaradılması imkanı yaranmışdır.
Proqramın əvvəlindən 2215 sahibkara 66,3 milyon manat güzəştli şərtlərlə kreditlər verilərək 4541 yeni iş yerlərinin açılmasına şərait yaradılmışdır.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 6 ay ərzində 1715 yeni iş yerləri açılmışdır ki, bunun da 695-i daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 86-sı yeni yaradılmış müəssisə və təşkilatlarda, 609-u fiziki şəxslərdə, 1020-si digər layihələrin həyata keçirilməsində yaradılmışdır. 
Dövlət Proqramları qəbul olunandan indiyədək 27289 yeni iş yerləri açılmışdır ki, bunun da 13895-i daimi iş yerləridir.
Altı ay  ərzində əhalinin sosial müdafiəsi məsələləri daima diqqət mərkəzində saxlanılmışdır. 5 nəfər Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evi tikintisi davam etdirilmişdir.
İlin əvvəlindən podaratçı təşkilatlar tərəfindən 77,5 km müxtəlif diametrli qaz xətləri çəkilərək  Xanxanımlı, Qasımbəyli, Böyük Qacar, Qullar, Qurdlar, Nifçi və Körpüsındıran kəndləri qazlaşdırılmış, 763 abonentə təbii qaz verilmiş, qaz itkilərinin qarşısını almaq üçün 2,7 km müxtəlif diametrli qaz xətləri çəkilmiş, 267 ədəd istismar müddətini bitirmiş qaz sayğacları yenisi ilə əvəz edilmişdir.
Hazırda 4 kəndin qazlaşdırılması başa çatdırılmış, 22 kənd qazlaşdırılır.
6 ay ərzində içməli suyun sərfiyyatının müəyyənləşdirilməsi üçün 109 ədəd yeni su sayğacı quraşdırılmış, 6 subartezian quyusunun dərinlik nasosu yenisi ilə əvəz olunmuş, 68 quyunun dərinlik nasosları və 3 quyunun transformatoru əsaslı təmir edilmiş, 16 quyunun elektrik sərfiyyatı üçün elektron sayğac quraşdırılmış 324 su qəzası aradan qaldırılmışdır. Bunlarla yanaşı Ü.Hacıbəyov küçəsində yüksək mərtəbəli kommunal yaşayış binalarının diamerti 300 mm olan 350 p/metr kanalizasiya xətti tikilmiş, Heydər Əliyev adına park-bulvarda müxtəlif diametrli 650 p/metr su xətti çəkilmişdir.
6 ay ərzində su abonentlərinin hamısı ödənişə cəlb edilmiş, istehlak edilmiş içməli suyun dəyəri 100,4 faiz ödənilmişdir.

Yığıncaq müzakirə edilən məsələ ilə əlaqədar müvafiq qərar qəbul etmişdir.
Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş rayon İcra Hakimiyyəti başçısının Mirzəcəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məqsəd Əzizova  “Tərəqqi” medalı və vəsiqəsi təntənəli şəkildə təqdim olunmuşdur.
 

Keçidlər