Şriftin ölçüsü :

Saytın rəngi :

Bala Qacar kəndinə təbii qaz verilişinin açılışı.

31 iyul 2015 | 15:00

31 iyul 2015-ci il tarixdə Bala Qacar kəndinə təbii qaz verilişinin açılışı olmuşdur. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi  İsayev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri   iştirak etmişlər.

            Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı  Vidadi İsayev Azərbaycan Respublikasının  möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığını, bir-birinin ardınca rayonun  kəndlərinin qazlaşdırıldığını, hazırda 22 kəndə təbii qaz çəkildiyini qeyd etmiş, Bala Qacar kəndinin 182 fərdi yaşayış evinin qazlaşdırılması üçün 15 km-dən çox müxtəlif diametrli qaz xətləri çəkildiyini, 18 ədəd siyirtmə quraşdırıldığını, bütün qaz xətlərinin kipliyə və möhkəmliyə görə yoxlanıldığını  bildirmiş, sakinləri bu əlamətdar hadisə münasibəti ilə təbirik etmiş, təbii qazdan xeyir işlərdə istifadə etmələrini arzulamışdır. 
Tədbirdə  kənd sakinləri Yeganə Abbasova və Elşən Qurbanov çıxış edərək kəndə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
         Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Kamil İsayev çıxış edərək sakinləri kəndə təbii qaz verilişi ilə əlaqədar təbrik etmişdir. 
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi ilə birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli  yandırmışlar.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və rayonun rəhbər işçiləri kənd sakini Bəbişova Sima Əli qızının fərdi yaşayış evində təbii qazın yandırılmasında iştirak etmişlər.
 

Keçidlər